Reyn çayı daşa bilər – FOTOLAR

19-01-2019, 07:30           
Reyn çayı daşa bilər – FOTOLAR
Almaniyadan keçən Reyn çayında suyun səviyyəsi artıb. AzEuroNews.com xəbər verir ki, keçən il olduğu kimi bu il də çay daşa bilər.

Reyn çayının keçdiyi Bonn, Köln və Köniqvinter kimi şəhərlərdə çayın daşa ehtimalı ilə bağlı tədbirlər görülür. Bir-iki günə çay suyunun səviyyəsində artım müşahidə edilərsə Reyn sahilindəki iaşə obyektləri bağlanacaq.

Məlumat üçün qeyd edək ki, ötən il Reyn çayının daşması nəticəsində Şimali Reyn Vestifaliya əyalətindəki bəzi şəhərlərə ziyan dəymişdi.

Köniqsvinter şəhərində tramvay və avtobus xətləri su altında qalmış, otel, mağaza və marketlərin zirzəmilərinə su dolmuşdu.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]