Yeraltı detektor mənşəyi bilinməyən sirli siqnal qeydə alıb

6-09-2026, 12:34           
Yeraltı detektor mənşəyi bilinməyən sirli siqnal qeydə alıb
Dünyanın ən böyük qaranlıq maddə detektoru mənşəyi məlum olmayan və qaranlıq maddə hissəciklərindən gələn siqnalı qeydə alıb.

Gazeta.ru xəbər verir ki, nəticələr Yaponiyada keçirilən astrofizika konfransında təqdim olunub.

Qaranlıq maddə kainatdakı bütün maddənin təxminən 85%-ni təşkil edir, lakin indiyədək heç vaxt birbaşa qeydə alınmayıb: o, işıq yaymır və özünü yalnız cazibə qüvvəsi ilə büruzə verir. Onun hissəciklərinin adi maddə ilə son dərəcə nadir toqquşmalarını aşkar etmək üçün LUX-ZEPLIN (LZ) eksperimenti maneələrdən qorunmaq məqsədilə yerin dərinliyində yerləşdirilmiş, 10 ton maye ksenondan ibarət detektordan istifadə edir.

2023-cü ilin martından 2024-cü ilin aprelinədək 220 günlük müşahidələr zamanı Bristol Universitetinin alimləri fon göstəricilərindən kənara çıxan bir hadisə aşkar ediblər. Onun statistik əhəmiyyəti 2.6 siqma təşkil edib. Bu isə təsadüfi uyğunluq ehtimalının təxminən 0.5% olduğu anlamına gəlir.

Alimlər vurğulayırlar ki, hələlik söhbət sübutdan deyil, maraqlı ipucundan gedir. Bunu sonrakı müşahidələr yoxlamağa kömək edəcək: siqnal realdırsa, məlumatlar toplandıqca güclənəcək, təsadüfi hadisədirsə, yox olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]