"Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...

4-09-2026, 15:28           
"Kayu" uşaq bağçasında şiddət iddiası:
Xəbər verdiyimiz kimi, “Kayu” uşaq bağçasında azyaşlıya şiddət göstərilməsi ilə bağlı iddialar səsləndirilir.

Lent.az məsələ ilə bağlı bağçanın müdiri Aytən Hüseynova ilə əlaqə saxlayıb.

O, iddiaları təkzib edib:

"Valideyndən soruşun ki, uşağında ilk dəfə şiddət əlaməti gördüyü halda niyə bunu işıqlandırmayıb, niyə uşağını bağçadan çıxarmayıb? Niyə yenə də uşağın həmin bağçada təhsil almasını istəyib? Həmin ərazidə addımbaşı bağça var. Niyə uşağı həmin bağçalara qoymayıb?".

Bağça müdiri uşağın gözünün göyərməsi məsələsinə də aydınlıq gətirib:

"Uşaq getdiyi yerdə birdən-birə yıxılıb və üzü stula dəyib. Bu, şiddət deyil axı. Müəllim də dərhal uşağa kömək etmək üçün qaçıb və müdaxilə etməyə çalışıb. Yəni şiddət deyilən bir şey yoxdur. Sadəcə uşaq yıxılıb. Atasının da uşağı gətirdiyi zaman çəkilmiş videosu var. Uşağı buraxıb gedən kimi orada yıxılaraq göyərib. Məsələ ilə bağlı bağçanın adından daha ətraflı açıqlamamız olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]