Stalinin ölüm səbəbi.

4-09-2026, 12:34           
Stalinin ölüm səbəbi.
Tarix ironiyalarla doludur. Bütün bir imperiyanı qorxu içində saxlayan, milyonların taleyi ilə oynayan və özünü qüsursuz bir sistemin atası sayan İosif Stalinin son günləri məhz belə bir ilahi ədalətin, ironiyanın təzahürüdür.
1952-ci ilin sonları. Stalin ömrünün qürub çağında dərin bir siyasi paranoyaya qapılmışdı. Bütün yəhudilərdə "beşinci kolon" görən, hər kəsdən xəyanət gözləyən Stalin ölkənin ən parlaq tibb zəkalarını hədəfə aldı. "Həkimlərin işi" adı altında başlanan qondarma kampaniya çərçivəsində SSRİ-nin ən təcrübəli mütəxəssisləri, illərlə Kremlin elitasını müalicə edən professorlar KQB zirzəmilərinə atıldı.
Onlara heç bir əsası olmayan "yəhudi casuslar" və "qatil həkimlər" damğası vuruldu. Məqsəd cəmiyyətdə kütləvi anti-semitizm dalğası yaradaraq böyük sürgünlərə zəmin hazırlamaq idi.
1953-cü il martın 1-i. Kuntsevo bağ evi. Stalin otağında yerə yıxılır, beyninə qan sızır. Lakin saatlar keçməsinə baxmayaraq, heç kim qapını açıb içəri girməyə cəsarət etmir. Çünki onun yaratdığı sistemdə icazəsiz hərəkət etmək ölümə bərabər idi.
Nəhayət, tibbi yardıma ehtiyac olduğu qətiləşəndə qorxunc gerçəklik üzə çıxdı: Stalini müalicə edəcək həkim yox idi.
Onun xəstəlik tarixçəsini əzbər bilən, ən mürəkkəb anlarda çevik və düzgün qərar verə biləcək professor Vladimir Vinoqradov, Miron Vovsi kimi professorlar həmin an zirzəmidə işgəncə görürdülər. Diktatorun baş ucuna gətirilənlər isə əlləri əsən, təcrübəsiz, naşı həkimlər idi. Onlar nəinki düzgün diaqnoz qoymaqda çətinlik çəkir, hətta böyük diktatorun bədəninə toxunmaqdan belə vahiməyə düşürdülər. Nəticədə, dünyanın ən böyük ordularına hökm edən adam vaxtında və peşəkar tibbi müdaxilə edilmədiyi üçün saatlarla əzab içində can verdi.
Dr. Benjamin Karimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]