Mexanikin almağı tövsiyə etmədiyi 5 idman avtomobili

2-09-2026, 17:44           
Mexanikin almağı tövsiyə etmədiyi 5 idman avtomobili
Sürət, güclü mühərrik və cəlbedici dizayn idman avtomobillərini arzuolunan edir.

Lakin yüksək qiymət etiketinin arxasında bahalı təmir, sürətli dəyər itkisi və texniki problemlər gizlənə bilər.

Avtomobil eksperti Kris Payl məhz bu səbəblərə görə almaqdan çəkinəcəyi 5 idman avtomobilini açıqlayıb:

“Nissan Z” - 44.110 - 66.890 dollar

Ekspert modelin güclü mühərrikinə baxmayaraq, əyləc və ABS sistemi ilə bağlı problemlərə diqqət çəkib. Avtomobil həmçinin bahalı, yüksək oktanlı yanacaq tələb edir.

“Audi R8” - 161.395 - 253.290 dollar

Paylın sözlərinə görə, “Audi R8” dörd-beş il ərzində dəyərinin təxminən 50%-ni itirə bilər. Modelin texniki xidməti, sığortası və təmiri də yüksək xərc tələb edir.

“Jaguar F-Type” - 79.175 - 116.275 dollar

Ekspert bildirib ki, zəmanət müddəti bitdikdən sonra avtomobildə mühərrikin elektrik sistemləri ilə bağlı nasazlıqlar yarana və servisə tez-tez müraciət etmək lazım gələ bilər.

“Toyota GR Supra” - 57.445 - 60.595 dollar

Payl xüsusilə dördsilindrli versiyadan uzaq durmağı məsləhət görür. Onun sözlərinə görə, avtomobildə bəzi “BMW” hissələrinin istifadəsi ehtiyat hissələrinin vaxtında əldə edilməsini çətinləşdirə bilər.

“Chevrolet Camaro” - 32.495 - 54.895 dollar

Ekspert modelin istehsal dövrünün başa çatması səbəbindən gələcəkdə ehtiyat hissələrinin tapılmasının çətinləşəcəyini bildirib. O, son buraxılışların interyer və eksteryer keyfiyyətini də qənaətbəxş hesab etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]