1960-cı illərdə Harvard universitetinin aspirantı olmuş Jean Briggs, insan qəzəbinin təbiəti haqqında maraqlı bir araşdırma aparır.
7-09-2026, 11:04

34 yaşında ikən o, 17 ay tundrada yaşayaraq Arktika Dairəsinə səyahətə çıxır. Elə bir yerə ki, buralarda nə yollar, nə istilik sistemi, nə də ərzaq mağazaları var. Qışda temperatur -40 dərəcədən aşağıdır.
İnuit ailəsinin (İnuit xalqları Arktika bölgəsində, Alyaskada, Kanadada və Qrenlandiyada yaşayan Eskimosların bölündüyü iki əsas qoldan biridir. Digər qol isə Yupik xalqlarıdır. ) təbii şəraitdə həyatlarını araşdırmaq qərarına gələn Briggs bu ailələrdən birini onu "övladlığa götürməyə" inandırır.
Briggs tez bir zamanda bu ailələrdə heyrətamiz, maraqlı və özünəməxsus çalarları olan xüssusiyyətlər müşahidə edir. İnuitlərdə böyüklər əsəblərini cilovlamaq üçün müstəsna qabiliyyətə malikdirlər. İnuit heç vaxt qəzəblənmirdi. Məsələn, bir dəfə kimsə əlindən qaynayan çaydanı iqluya ( Eskimos və Aeut xalqlarının, həmçinin inuitlərin yaşadıqları evlər) düşürdü və buz zəmi zədələndi. Ailə içində heç kim buna qəzəblənmədi. Hadisənin günahkarı sakitcə, “Təəssüf edirəm,” dedi və yenidən su dalınca getdi. Başqa bir hadisə zamanı hörülməsi bir neçə gün vaxt tələb edən sap çubuğun ilk tökmə hissəsində qırıldı. Heç kimdə qəzəb əlaməti yox idi."Gəlin yenidən toxuyaq" - aralarında kimsə söylədi.
İnuitlərin əhatəsində Briggs qəzəbini cilovlamağa çalışsa da, vəhşi uşaq kimi görünürdü. O, baş verənlərə daha impulsiv reaksiya verirdi. O, inuit valideynlərinin uşaqlarına bu bacarığı necə aşıladığını öyrənmək qərarına gəlir? Onlar qəzəblənməyə meylli körpələri necə soyuqqanlı yetkinlərə çevirirlər?
Bir gün Briggs gənc ananın qəzəbli bir körpə ilə oynadığını gördü: təxminən iki yaşında kiçik bir oğlan uşağı idi. Ana ona bir çınqıl verib dedi: “Məni daşla vur! Daha çox. Məni daha sərt vur." Oğlan anasına daş atanda o da əlləri ilə gözlərini bağlayıb sanki ağlayır və “Oyyyy. Bu incidir!" deyərək özünü qoruyurmuş kimi hərəkətlər sərgiləyirdi. Briggs tamamilə çaşıb qalmışdı. Onun hərəkətləri Briggsin Inuit mədəniyyəti haqqında bildiyi hər şeyə zidd görünürdü. Ancaq məlum oldu ki, bu, uşağa qəzəbini idarə etməyi öyrətmək üçün güclü bir vasitədir.
Inuit anaları qızıl qaydaya əməl edirlər: onlara görə heç vaxt kiçik uşaqlara qışqırmaq olmaz. İnuitlər hesab edirlər ki, uşaqları danlamaq, hətta onlarla hirsli səslə danışmaq yersizdir. Çünki onlar kiçik olduqlarından bu “tərbiyə üsulu” kömək etmir, ancaq özünüz əsəbiləşirsiniz. Uşaq səni vursa və ya dişləsə belə.
İnuitlər kiçik yaşlı uşaqlara qışqırmağın böyüklər üçün alçaldıcı bir hərəkət olduğuna inanırlar. Bu, uşağa çətin vəziyyətə düşəndə qəzəblənməyi aşılayır. Öz qəzəbini idarə edən valideynlər uşaqlara da eyni şeyi etməyi öyrənməyə kömək edir.
Uşaq əsəbiləşəndə: kimisə döydü və ya qəzəbləndi, heç bir cəza yox idi. Bunun əvəzinə valideynlər onun sakitləşməsini gözləyir və sonra baş verənləri, o cümlədən bu cür davranışın real nəticələrini onlara başa salırdılar. Eyni zamanda, onların həmişə oynaq və şən bir həyat tərzi vardı. Adətən bu cür “mini-tamaşalar” uşağı pis hərəkətlərə sövq edən suallarla başlayırdı. Məsələn, uşaq kimisə vursa, ana soruşa bilər: "Niyə məni vurmadın?" Əgər uşaq bu təhrikə uyub anasını vurursa, o, nə qışqırır, nə də söyməyə başlayır, əksinə, bunun ona nə qədər zərər verdiyini nümayiş etdirərək nəticələrini “oynayır”. "Məni incitdin və ağlatdın – sən bunu istəyirdin , elə deyilmi?"
Belə mini-tamaşalar təkcə tərbiyəvi əhəmiyyətə malik deyil, həm də təxribatlara tab gətirməməyi, emosional cəhətdən güclənməyi öyrədir. Onlar uşaqlara sakit olduqları zaman qəzəblərini idarə etmək imkanı verirlər. Bu təcrübə uşaqlar üçün çox vacibdir. Çünki insan onsuz da qəzəbli olanda hisslərini boğmaq onun üçün asan olmur. Hətta böyüklər belə buna əksər hallarda riayət edə bilmirlər.
Qəzəblənmədiyiniz zaman emosional nəzarət tətbiq etsəniz, böhran zamanı qəzəbinizi idarə etmə ehtimalınız daha yüksək olacaq. Uşaqlarda müxtəlif duyğuların geniş spektri var. Onların prefrontal korteksi hələ tam inkişaf etmədiyi üçün diqqətli olmaq lazımdır. Bilməlisiniz ki, övladınızın duyğularına cavab olaraq etdikləriniz onların beynini fiziki olaraq formalaşdırır.
Durdane Ramazanli

