Bazar günü işə hazırlaşmaq pis fikirdir: Mütəxəssis ən yaxşı yanaşmanı açıqladı

31-08-2026, 16:34           
Bazar günü işə hazırlaşmaq pis fikirdir:
ABŞ-dən olan rəhbər kouç Şeyn Artur müştərilərinə bazar günü işləməkdən çəkinməyi və bazar ertəsi səhərlərinə işgüzar görüşlər təyin etməməyi tövsiyə edir.

Valyuta.az xəbər verir ki, o, “Business Insider” üçün yazdığı məqalədə iş qrafikini dəyişməklə səmərəliliyi artırmağın yollarından danışıb.

Arturun sözlərinə görə, həftənin uğurlu keçməsi üçün bazar günü axşam işə hazırlaşmağın vacib olduğu düşüncəsi geniş yayılıb. Lakin onun fikrincə, bu, düzgün yanaşma deyil.

Kouç hesab edir ki, həftənin ilk günündə dərhal işə başlamaq və səhər saat 9-a işgüzar görüşlər təyin etmək lazım deyil. Xüsusilə bazar ertəsi səhərini iclaslarla doldurmaqdan çəkinmək məsləhətdir.

“Mən bunu həftənin digər günlərində edə bilərəm, amma bazar ertəsi mənim üçün qorunan məkandır... Başa düşürəm ki, riayət edilməli qaydalar var, amma ən azı hər bazar ertəsinin ilk saatı və hər cümənin son saatı əsas məqamdır”, deyə o bildirib.

Kouç həmçinin cümə gününün ikinci yarısından ötən həftənin yekunlarını çıxarmaq və qarşıdakı həftəyə hazırlaşmaq üçün istifadə etdiyini söyləyib.

“Cümə günləri günün ikinci yarısında telefon zənglərinə cavab verməməyə çalışıram. Hava yaxşıdırsa, meşədə gəzirəm. Ötən həftəyə nəzər salır, hər günü nəzərdən keçirir və düşünürəm: görülməli hansısa iş qalıbmı? Sonra qarşıdakı həftəyə baxıram. Hazırlaşmalı olduğum nəsə varmı? Nəyisə təsdiqləmək lazımdırmı? Mən bunu ümumi təmizlik kimi qəbul edirəm”, deyə Artur izah edib.

O, müştərilərinə gün ərzində görüləcək ən vacib işləri müəyyənləşdirməyi və ilk növbədə onları yerinə yetirməyi tövsiyə edir. Kouçun sözlərinə görə, bəzi insanlar telefon zənglərinə o qədər aludə olurlar ki, günün sonunda vacib işləri görə bilmirlər. Nəticədə həmin işləri axşam evdə görməyə məcbur qalırlar.

“Məqsəd hər şeyin daha rəvan işləməsidir. Yaxşı təşkil edilmiş, strukturlaşdırılmış 35 saatlıq iş həftəsi həmişə gərgin və nizamsız keçən 45 saatlıq həftədən daha yaxşıdır”, deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]