Bir fotounun izi ilə: Erməni saxtakarlığının ifşası

29-08-2026, 00:08           
Bir fotounun izi ilə: Erməni saxtakarlığının ifşası
Uzun zamandır ermənilər bu fotonu paylaşaraq fəxrlə guya bu iki qadının Osmanlı ordusu ilə döyüşmək üçün silahlandıqlarını yazırlar.
Gəlin, özlərini "fədayi" adlandıran silahlı dəstələrin təbliğat simvollarından biri olan bu iki qadınlarla bağlı yalanları üzə çıxaraq.
Şəkil müxtəlif sosial media platformalarında və erməni mənbələrində hərbi qəhrəmanlıq simvolu kimi təqdim olunarkən tarixi detallar şişirdilir və kontekstdən çıxarılaraq fərqli siyasi məqsədlərə xidmət edəcək şəkildə təbliğ edilir.
Erməni mənbələri bu fotonu xüsusilə Qərb auditoriyasında "məzlum və müqavimət göstərən erməni qadını" obrazı formalaşdırmaq üçün istifadə edirlər.
Çünki ermənilərə xasdır bu. Saxta fotolardan istifadə etmək.
Həqiqətən bu foto 1895-ci ildə Osmanlı İmperiyası dövründə çəkilib. Amma ermənilərin iddia etdiyi kimi nə erməni icmasında məxsus hərbi mərkəzdə, yaxud onlara aid hansısa otaqda çəkilməyib.
Fotoatelyedə xüsusi olaraq quraşdırılmış bir stendin önündə saxta silahlar ilə çəkilib.
Fotonun orjinalını uzun zamandır harda olmasını axtarırdım, tapdım və onu gözləri ilə görən dostumuz deyir ki, arxasında fransız dilində “"souvenir" –yəni xatirə yazılıb. Özü də fotoda olan iki qadın erməni teatr truppalarının aktrisalardır.
Qadınların əllərində tutduqları tüfənglər o dövrün heç bir real hərbi istehsal modelinə uyğun gəlmir. Silahların nişangah mexanizmləri, çaxmaqları və digər metal hissələri yoxdur. Onlar fotoqraf tərəfindən taxtadan hazırlanmış dekorativ silahlardır.
Qadınların əynindəki şalvarlar və geyimlər o dövrün Anadolu regionunun ənənəvi dağlıq geyimləridir. Diqqət çəkən digər məqam kəmərlərdəki patronlardır. Kəmərdəki patronların da həqiqi döyüş sursatı yox, sadəcə vizual effekti tamamlamaq üçün düzülmüş boş gilizlərdir. Oyuncaq gilizllər.
XIX əsrin sonlarında fotoqrafiya yeni və populyar bir sahə idi. Fotoatelyelərdə müxtəlif geyimlər geyinib, oyuncaq silahlar, qılınclar və ya yerli atributlarla poz vermək o dövrün dəbi hesab olunurdu. Eyni ənənə həm Qafqazda, həm də Osmanlı imperiyasının bir çox bölgəsində yaşayan müxtəlif xalqlar arasında geniş yayılmışdı.
Soldakı qadının kəmərinə taxılmış böyük tapança real silah deyil, sadəcə vizual effekt üçün istifadə edilən maketdir.
Soldakı qadının Yeğisapet Sultanyandır. O, rok-musiqiçi Derek Şerinianın nənəsi Yexisapet Sultanyandır ki, uzun zaman erməni teatr truppalarında aktirsa-müğənni kimi işləyib. Onun yanında olan da aktirasıdır. Anazon Yaqubin.
1897-ci ildə ABŞ-a mühacirət edərək Massaçusets ştatının Votertaun şəhərində yaşayan bu qadınlar diasporda da teatr aktrisası olublar. Elə fotoda durduqları poza da teatraldır. Bunun üçün peşəkar olmaq lazım deyil ki, görəsən, biləsən.
Ermənilər fotonun atelyedə saxta rekvizitlərlə çəkilmiş xatirə şəkli olması gizlədilərək onun birbaşa səhra döyüşçüsü kimi təqdim etməsi onların saxtakarlıqlarını bir daha sübut edir.
Prof.Dr.Zaur Aliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]