Yeni türk respublikası yaradılır: Krım tatarlarının liderindən mühüm açıqlama

19-11-2026, 15:43           
Yeni türk respublikası yaradılır:
"Krım Muxtar Respublikasının yaradılması istiqamətində bütün hazırlıq işləri yekunlaşıb".

Bunu "Türkiye" qəzetinə müsahibəsində Krım tatarlarının lideri və Ukrayna Ali Radasının deputatı Mustafa Əbdülcəmil Krımoğlu deyib.

Deputat bildirib ki, rəsmi Kiyevlə bütün istiqamətlər üzrə ortaq məxrəcə gəlinib:

"Hazırda müharibə davam edir. Mövcud fövqəladə vəziyyətə görə konstitusiyada hər hansı dəyişiklik mümkün deyil. Lakin muxtariyyətlə bağlı bütün detallarda razılaşmışıq. Bu, həm də Krım tatarlarının öz muxtar dövləti olacaq. Yüzminlərlə sürgün edilmiş Krım sakini ana vətənində, öz bayrağı altında yaşamaq məqsədilə geri qayıdacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]