Türkiyənin Rəqabət Qurumu Sony şirkəti barəsində araşdırmaya başlayıb

19-11-2026, 11:34           
Türkiyənin Rəqabət Qurumu Sony şirkəti barəsində araşdırmaya başlayıb
Türkiyənin Rəqabət Qurumu (RK) Sony şirkəti barəsində yüksək komissiya tətbiq etməsi və rəqib satış kanallarının fəaliyyətinə mane olması ilə bağlı iddialar əsasında araşdırmaya başladığını açıqlayıb.

Referans Media xəbər verir ki, araşdırma Sony şirkətinin "PlayStation" platformasında rəqəmsal oyunların və oyun daxili məzmunların paylanması və satışında rəqabəti məhdudlaşdıran və ya istehlakçıların maraqlarına zərər vuran təcrübələrə yol verməklə Rəqabətin Qorunması haqqında Qanunu pozub-pozmadığının müəyyənləşdirilməsini əhatə edir.

Qurumun açıqlamasında bildirilib ki, Sony şirkətinin PlayStation platformasında rəqəmsal oyun və oyun daxili məzmunların alınması üçün yeganə seçim olan PlayStation Store mağazasında tətbiq etdiyi komissiya dərəcələrinin həddindən artıq yüksək olub-olmadığı araşdırılır. Həmçinin bu komissiyaların rəqəmsal oyunların fiziki daşıyıcılarda satılan versiyalarından daha baha qiymətə təklif edilməsinə səbəb olub-olmadığı da yoxlanılır.

Açıqlamada qeyd olunub ki, Sony şirkətinin rəqəmsal oyun və məzmunların PlayStation Store-dan kənar alternativ mağazalar vasitəsilə satışına mane olaraq rəqiblərini bazardan kənarlaşdırıb-kənarlaşdırmadığı da araşdırmanın predmetinə daxildir.

Bundan əlavə, qurum Sony-nin oyun istehsalçılarına məhdudiyyətlər tətbiq etməklə alternativ satış kanallarını və daha sərfəli qiymət təkliflərini istifadəçilərdən gizlədib-gizlətmədiyini də araşdıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]