Azərbaycan, Anadolu və İkiçayarasından Türk etnosunun 6000-3500 il öncə miqrasıyası.
Dünən, 10:14

Dünya tarixində bir neçə köçlər olmuşdur. Onların ən geniş miqyasda baş verən köçü 6-4 minilliklərdə baş vermişdir, ona də tarixçi alimlər bu köçü Böyük Köç adlandırırlar. Ön Asiyadan və buranın köklü xalqı olan ÖnTürklərin (Prototürklərin) də müxtəlif istiqamətlərdə olan böyük köçləri olmuşdur. Byük köçlərdə iştirak edən Ön Türk boyları arasında əsas yəni sayca çox olan Azər və Subar boyları da olmuşdular. E.ə. VI–IV minilliklərdə Ön Asiyadan (Mesopotamiya və Şərqi Anadoludan) qonşu ərazilərə, o cümlədən Cənubi Qafqaz və Azərbaycana əkinçi-maldar tayfaların böyük köçləri baş vermişdir. Bu miqrasiyalar qədim Şərq sivilizasiyalarının nailiyyətlərinin yayılmasına və yerli tayfaların inkişafına güclü təkan vermişdir.Köçlərin əsas səbəbləri İstehsal təsərrüfatının (əkinçilik və maldarlığın) inkişafı ilə Ön Asiyada əhali sürətlə çoxalmış və münbit torpaqlara tələbat artmışdır. Quraqlıq və su mənbələrinin azalması tayfaları daha əlverişli çay vadilərinə və dağətəyi zonalara köçməyə vadar etmişdir.Misin kəşfi və emalı ilə əlaqədar olaraq filiz yataqları ilə zəngin olan dağlıq bölgələrə (xüsusilə Qafqaza) maraq artmışdır.Arxeloqların verdiyi məlumatlara görə, Azərbaycandan böyük köç m.ö. IV minilin ortalarında başlanan quraqlıq quzey və güney yöndə ilk böyük köçlərlə nəticələnmişdir.**
** “Azərbaycan ölkə adının kökündəki Azər boy adının yaranmasında əsas təməl təşkil edən Az boyu, Türk etnosu içində çoxlu soydan biri idi. Asiya (Aziya // Asiya) adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Belə bir yayılmanın səbəbi, Az // As boylarının vaxtilə qədim Azərbaycanından qərb, şimal və şərq ölkələrinə etdiyi köçlərlə bağlıdır. Məlumdur ki, hər hansı bir boyun adı daxil olduğu xalqın içində uzun müddətsoyadı (etnonim) olaraq yaşayır. Bu baxımdan; Özbek, Altay, Qaraqalpaq və digər türk xalqlarının tərkibində uruq, soy, boy adı kimi istifadə olunan az // as etnonimini və Göytürk yazıtlarında az budun (Az xalqı) ilə az-kişi (Az adamı) adını, Kuban epiqrafikasında eren az ayırıltım (Az erenlərindən ayrıldım) ifadəsini rastlamaq mümkündür. Müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölünməsində diqqət çəkən və tərkibində az // as komponentini yaşadan etnonimlər böyük maraq oyadır. Məsələn; Başqurt-Katay boyundakı as, assı soyları, Balkarların As adlandırılması, Özbəklərin 32 əsas boyu arasında A. Vámbéry’nin As boyunu qeyd etməsi, Qırğızlarda Azık boyu və nəhayət qədim Azərbaycan əhalisinin Az adlanan bir hissəsinin sonralar Azər boyu kimi tanınması Azların Türklüyünə şübhə yaratmır. Göründüyü kimi, Az // As boyu yalnız Azərbaycan Türklərinin deyil, bir sıra digər Türk boyu sistemində də mühüm yer tutur. Bundan başqa soyad, qədim Türk antroponimisinin bir xüsusiyyəti olaraq şəxsin adına da əlavə olunur və onun hansı soydan gəldiyini bildirir. Məsələn, XVII əsrdə fars dilində yazılmış «Dest«Ür el-Mülûk» əsərində sıralanan bir sıra şəxsin adında As boy adı var:Gaib Nazar Bey atalıq asHurrem Bey hacı pervaneçi asMuhammed Hakim Bey mirza asMahmud Bey katagan asBuradakı ad-unvan-soyadı dizilişi qaydalara uyğundur. B. H. Karmışeva göstərir ki, «Şeybaniname» (XVI əsr) abidəsində As soyadı Nayman, Durman, Kuşçu boyları ilə yan-yana qeyd olunur və Orta Asiya türklərində as-nayman, as-saray, caman-as soy birləşmələri də tarixi bir gerçəklikdir. Sıralanan bu onomastik vahidlərin Türklərə aid olduğunu izah etməyə ehtiyac yoxdur. Bu sıralamaya Claudius Ptolemaiosun (II əsr) Şimali Qafqazda göstərdiyi Asturikan (as-turikan) boyunu, Taberinin (VIII əsr) qeyd etdiyi Astarhan (as-tarkan) adını, «Kartlis Çhovreba» Gürcü abidəsindəki Bagatur Asparuh (as-paruk) adını, Kaşgarlı Mahmudun Oğuz beylerinden birinin adı kimi verdiyi Azak adını və vaxtilə indiki Qaraçay-Çərkəz ölkəsində Əmir Teymura qarşı mübarizə aparan Buri-Berdi adlı şəxsin rəhbərlik etdiyi As boyunu da əlavə etmək olar.**
** Toponimləri də tarixi sübutlar kimi əlavə etmək mümkündür. Həmçinin məlumdur ki, soyad çox vaxt həmin soyun yaşadığı bölgədə toponim (yer adı) kimi də yayılır; Orta Asiyada As, Assa, Sirderya ətrafında Asa, Asnas, Asar, Ural və Volqa-Kama bölgələrində Assı, Asılı, Ası, Aşa, Qırımda Ass, Böyük-Ass, Temes-Ass, Assı-Corakçı, Kiçik-As və s. Köhnə və yeni erməni mənbələri, türk boylarının yaşadığı Anadolu-İran-Qafqaz bölgəsində az // as soyadını əks etdirən bir çox dağ, çay, kənd və oba adı (toponim) qeyd etmişdir: Az, Aza, Azalı, Azalu, Azah, Azai-şen, Aşağı Aza, Verin (yuxarı) Aza, Azanlı, Azarahmatlı, Azaklar, Azbuğa // Asbuğa, Aziar (Azər!), Az-kale, Azmana, Az-pınar (Az pınarı), Asılar, Aslı, Askara, Asman, Asnı, Aspakan, Aspek, Asiatspor (As çuxuru), Asiatsor (As dərəsi), Aştarak və s. Göründüyü kimi Az boyları türk onomastikasında möhkəm bir sistem formalaşdırır.**
** Tarixi Köçlər və İzlərQədim Azərbaycan’da formalaşan Az boyları, Kür-Araz mədəniyyətindən sonrakı dövrlərdə maraqlı bir taley yaşamışlar. Onların bir qismi Azərbaycan – Kiçik Asiya – Avropa xətti boyunca İslandiyaya qədər getmiş, digər qismi Şimali Qafqaz və Türkistan’a köç etmişdir. Ata yurdda qalanlar isə Azərbaycanın müxtəlif bölgələrinə yayılmışdır. ( Prof. Dr. Firudin Cəlilov)**
** “Asiya adlanan ərazi də öz adını məhz Xəzər sahillərindən getmiş həmin tayfaların adından götürmüşdür. Bunu mən yox, İsveç, Norveç , Macar, Amerika alimləri araşdırıb üzə çıxarıblar. Onların ortaya qoyduğu nəticədir ki, Aslar indiki Azərbaycan əhalisinin ilkin əcdadları, kökü, prototürklərdir. Həmin As tayfaları buradan qayıqla Şərqə, Avropaya, Skandinaviyaya, Asiyaya da yayılıblar.**
**Saytda rastımıza gələn “Íslendingabók” 1125-ci il- kitabında sözləri sizlərə təqdim edirəm:**
**“Məskunlaşmış torpaqların kənarında olan dağların cənubundan, İsveçdən keçərək bir çay axır, hansı ki, əsl adı Tanaisdir. Asiyadakı o torpaqlar Asaland və ya Aslar diyarı adlanırdı, o torpağın baş şəhərinə isə onlar Asqard deyirdilər. Odin böyük və çox səyahət etmiş bir döyüşçü idi. O dövrdə Roma sərkərdələri dünyaya yürüşlər edirdilər. Odin öz torpaqlarında sülh olmayacağını öyrənəndə, qardaşları Ve və Viliyi Asqarda gözətçi qoydu, özü isə bütün kahinləri və böyük bir qoşunu götürərək oradan getdi... O, qərbə Qardarikiyə və oradan cənuba — Saksoniyaya tərəf hərəkət etdi.”**
** Snorri Sturlusonun 1225-ci ilə aid Ynglinga saga əsərində yazılır ki, Skandinav tanrılarının və ilk hökmdarlarının əski vətənib Aslar diyarı və onun baş şəhəri Asqard kimi göstərilir. Müəllif bu torpaqları Qafqaz, Qara dəniz şimalı və Xəzəryanı çölləri əhatə edən Avrasiya məkanında yerləşdirir. Xüsusən ilk köçlər Xəzər dənizi sahili və Qobustadan başlayaraq Saksoniya və Skandinaviyaya doğru uzanır.”(Prof.Dr. Zaur Əliyev)**
** “Almanlar Vlll əsrin sonlarına qədər indiki dillərində danışmırdılar, Türk dillərinə qohum olan ləhcələrdə danışırdılar. Sonralar frankların gəlişi ilə dillərini unutdular, iltisaqi dilli xalqdan flektiv dilli başqa bir xalqa çevrildilər. Alma Türk mifik düşüncəsində müqəddəs ağaclardan biridir. Manas dastanında söylənir ki, uşağı olmayan gənc qadınlar alma ağacının kölgəsində yüyrük qurub yellənər, inanardılar ki, uşaqları olacaq. Almaya totemik inancla bağlı Türk dillərində Alma, Alma-Ata, Almalık, Ağ Alma etnonimləri yaranmışdır. Xəzər tayfalarından biri Alma adlanırdı. Onların Dərbənd şəhərinin qərbində Alma adlı şəhəri var idi. Xəzər xaqanlığının süqutundan sonra onlar Krıma köçdülər, orada Alma şəhərini saldılar. Alma şəhərinin biri Almaniyada, biri İtaliyada, biri İlliriyada idi. Çünki onlar Asiyadan köçüb Avropanın müxtəlif ölkələrində yurd salmışdılar. Bizim babalarımız Almaniyanın franklara, İtaliyanın latınlara qədərki dövlətlərinin, mədəniyyətlərinin yaradıcılarıdır. Biz bu tarixi gerçəkliyi elmi tədqiqatın obyektinə çevirməli, qədim dillərimizi, tariximizi öyrənməliyik. Dörd il qabaq elmi şura iclasında təklif eləmişəm ki, istedadlı doktorantlarımızı Almaniyaya göndərək, qədim Alman dilini öyrənsinlər, German dillərinin prototürk leksikası haqqında dissertasiyalar yazsınlar, amma bu olmadı. (Prof.Dr İlhami Cəfərsoy)**
** E.ə. 6–4-cü minilliklərdə Ön Asiyadan əsasən erkən əkinçi və maldar tayfalar digər bölgələrə köç etmişlər. Bu dövrdə hələ müasir anlamda formalaşmış millətlər olmasa da, Ön Asiyanın (xüsusilə "Münbit Hilal" — Mesopotamiya, Anadolu və Levant bölgələrinin) qədim əhalisi əsasən bir neçə istiqamətlərə yayılaraq yeni mədəniyyətlərin əsasını qoymuşdur: Anadoludan köç edən erkən əkinçi icmalar Avropaya əkinçilik və maldarlıq mədəniyyətini apararaq buradakı yerli ovçu-yığıcı əhali ilə qaynayıb-qarışmışlar. Ön Asiya və Mesopotamiya mənşəli tayfalar Kür-Araz ovalığı və ətraf bölgələrə yayılaraq yerli tayfalarla birlikdə Kür-Araz və Leylatəpə mədəniyyətlərinin formalaşmasında iştirak etmişlər.Şərq istiqamətində hərəkət edən tayfalar İran yaylasının içərilərinə və Orta Asiyanın cənubuna (məsələn, Ceytun mədəniyyəti) köç edərək oturaq əkinçilik təsərrüfatını yaymışlar.Levant bölgəsindən köçən tayfaların bir qismi Qədim Misir sivilizasiyasının erkən mərhələlərinin formalaşmasına təsir göstərmişdir.**
“**Subar boylarının doğudan batıya gəlməsini deyil, batıdan doğuya getməsini göstərən tarixi qaynaqlar çoxdur. Bunlardan biri də m.ö. III əsr yazarı Apolloniy Rodoslunun sapir şəklində qeyd etdiyi boyadına sabir şəklində düzəliş verən Stefan Bizanslının bu boyun Pont (Qara-dəniz) bölgəsində yaşadığını göstərməsidir. Qədim pullar (sikkələr) üzrə tanınmış uzman A. Q. Muxammadiyev başqa türk boyları kimi subar//sabir boylarının da Azaq dənizi ilə Kama çayı arasındakı ərazilərdə məskunlaşdığını geniş şərh etmişdir. Subarlar haqqında məlumatlar beş minil arası kəsilmədən davam edir. Aşağıda görəcəyimiz kimi, bu məlumatlardan bəlli olur ki, subarların bir qismi m.ö. IV minilin, bir qismi də II minilin ortalarından Azərbaycanın iç bölgələrinə çəkilmiş və sonralar oradan Quzey-Qafqaz və İtil çayı arasına keçmişlər. Görünür, m.ö. IV minilin ortalarında Atayurddan ilk böyük köçün başlanması ilə dağılan prototürk çağından sonra Atayurdun güney-batı bölgəsində qalan subar boyları bura gələn ilk sami axınlarına qədər Subartunun əsas avtoxton əhalisi olmuşdur.**
** İkiçayarasından üzüyuxarı köç edən boylar m.ö.V minildə Güney Qafqazda (Leylatəpə, Böyük-kəsik, Soyuqbulaq, Texut, Berikldebi) xeyli iz qoymuş və buradan Quzey Qafqaza keçib orada Maykop kulturunun (m.ö. IV-III minil) yaranmasında iştirak etmişlər. Bu kulturun Ubeyd-Uruk arxeoloji gələnəklərinin müxtəlif çağları ilə müqayisə oluna bilməsini nəzərə alan uzmanlar Ön Asiyadan Qafqazın quzeyinə olan miqrasiyanın m.ö. 4000-2300 arasında dalğalarla baş verdiyini yazırlar. Hər halda, quzeyə miqrasiyanın Güney Qafqaz üzərindən olmasını əksər arxeoloqlar qəbul edir. Urmu nəzəriyəsi də bunu deyir, deyir ki, həmin çağlarda İkiçayarası (Mesopotamya) bölgələrindən prototürk boylarının bir hissəsi Azərbaycan üzərindən Quzey Qafqaza keçmişdir” İndiki Tatar, Başqurd və digər Türk xalqları formalaşmısında Subar boyları böyük rol oynamıçdir. Elə Sibir və.s adlar da bu boyun adı ilə bağlıdır. Hətta Ukrayn və Rus xalqlarının yaranmasında ƏrÜz-Araz-Aras-Urus ( Bu boylar haqqında ayrıca paylaşimim mövcuddur) boylarından əvvəl Subar boyları da rol oynamışlar. Subarlar—Suvarlar təqribən II-V əsrlərdə Azərbaycana dönməsi mənbələrdən məlumdur.”(Prof.Dr. Firudin Cəlilov)**
** Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal 2002-ci ildə Qafqazın, konkret olaraq Azərbaycanın norveçlilərin vətəni olması barədə cəsarətli ehtimal irəli sürür:"Qalıqları həm donmuş tundrada, həm də daxili Çində aşkar edilən, Afrika sahillərində bərbərlər kimi tanınan və üzərək Kanar adalarına çatan açıqsaçlı səyahətçilərin sonsuz yolu bəlkə məhz buradan başlayıb!" Öz fərziyyəsini sübuta yetirmək üçün alim İsveç və Norveçdə tapılmış gəmi petroqliflərinin fotoşəkillərini göstərərək onları Qobustan petroqlifləri ilə müqayisə etməyi təklif etmişdir. Onlar demək olar ki, eyni idi."Vaxtilə qayaların üzərində özü barədə təsvirlər şəklində xatirə qoyan hansısa xalq nədənsə doğma Xəzər sahillərini tərk etmiş və suyun səthini fəth etdikdən sonra hazırda İsveç və Norveç adlanan torpaqlarda məskunlaşmışdır",-Tur Heyerdal belə bir nəticəyə gəlmişdir.**
** Tur Heyerdal öz fərziyyəsini sübut edən faktları XIII əsrdə İslandiyalı tarixçi Snorri Sturluson tərəfindən yazılmış "Yer dairəsi"adlı eposda tapmışdır. Bu orta əsr Skandinaviya eposunda asların başçısı Odinin öz xalqını çıxardığı Qafqaz ərazisi ətraflı təsvir edilib: " Bu dənizdən şimala doğru Qara dəniz adlanan uzun körfəz uzanır. O dünyanın qitələrini ayırır.Şərqdə yerləşən Asiya,qərbdə yerləşən Avropa adlanır... Asiyada yerləşən ölkə Aslar ölkəsi adlanır..."**
** Eposda daha sonra qeyd olunur: "Böyük dağ silsiləsi şimal-şərqdən cənub -qərbə doğru uzanır. Ondan bir qədər aralıda, cənubda Türklər ölkəsi yerləşir. Orada Odinin böyük malikanələri olub"**
** “İsveçli professor Sven Lagerbring yazır ki, vikinq normanlar, skandinavlar türklərlə qardaşdır. Normanlar özləri özlərinə türkcə Orman deyirdilər. Ona görə ki, onlar başqa vikinqlər kimi əvvəlcə Baltik dənizi vadisindəki meşələrdə yaşayırdılar. Bizim əcdadlarımız Volqa çayı ilə şimala üzərək skandinav və slavyan xalqlarını tabe etmiş, güclü donanma yaradaraq yenidən Xəzər dənizinə qayıtmışlar. Bir hissəsi isə Avropa qitəsini gəmilərlə qərbdən dolaşaraq Siciliya adasına gedib çıxmışdılar. Heç Kür çayı boyunca üzərək şəhərlərimizi talan edən ruslar da rus deyildilər. Bizim Uruz alpları slavyanları tabe edib qalib azlıq kimi məğlub çoxluq içində ərimiş, başqa bir irqə, başqa bir millətə çevrilmişdilər. İsveç professoru yazır ki, vikinqlər türkdür. Onlar təmiz Türk deyildir, Odinin, Uruzun belindən gəlib nadyaların, manyaların qarnından çıxan qatışıq türklərdir. (Prof.Dr. İlhami Cəfərsoy)**
**İstifadə olunan mənbələr.**
**1. Prof.Dr. Firudin Ağasıoğlu, “Doqquz Bitik”, "Azər xalqı".**
**2. Prof.Dr. İlhami Cəfərsoy, “Arilərin türk mənəyi” və elmi məqalələri.**
**3. Prof.Dr. Zaur Əliyev, tarixi-elmi məqalələri.**
**4. Ensiklapediya və Vikipediya.**
Təvəkgül Nəbioğlu
TEREF



