1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xan Bağdadı fəth eylədi

21-11-2026, 12:14           
1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xan Bağdadı fəth eylədi
1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xanın başçılığı ilə monqol ordusu Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərini mühasirəyə alaraq ələ keçirmişdir.
Hülakü xan həmçinin elə həmin dövrlərdə mərkəzi Azərbaycan əraziləri olan Elxanilər (Hülakülər) dövlətinin də əsasını qoymuşdur.
Bağdad təslim olduqdan sonra talan edilmiş, yandırılmış və yerlə-yeksan edilmişdir. Müxtəlif mənbələrə görə on minlərlə hərbçi ilə birlikdə yüz minlərlə (və ya 1 milyondan çox) mülki sakin öldürülmüşdür. Şəhərin məşhur kitabxanaları, o cümlədən "Hikmətlər evi", məscidlər, mədrəsələr dağıdılmış, kitablar Dəclə çayına atılmışdır. Xəlifə Əl-Müstəsim Billah isə "qanının yerə tökülməsi uğursuzluq gətirər" inancına görə xalçaya bükülərək atların ayaqları altında əzilərək öldürülmüşdür. Bu hadisə Abbasilər xilafətinin 5 əsrlik hakimiyyətinə son qoymuş və İslamın Qızıl dövrünün sonu hesab edilir.
Monqollar ilkin olaraq ərəb xilafətinin siyasi və hüquqi idarəçilik sistemini qəbul etmədilər. Onlar özlərinin qədim idarəçilik qaydalarını, Çingiz xanın müəyyənləşdirdiyi qanunları əsas götürürdülər.
Lakin Bağdadın tutulmasından sonrakı dövrlərə nəzər etsək əgər görərik ki, monqollar islam dinini qəbul edərək indiki Özbəkistan (keçmiş Mavəraünnəhr) ərazisində çoxsaylı məscidlər və memarlıq abidələri tikdirmişlər.
Nə üçün? Niyə?
Monqol imperiyasının qərb qolları zamanla yerli türk-müsəlman əhali ilə qaynayıb-qarışaraq islamı rəsmi din kimi qəbul etmiş oldu. Bu proses Çingiz xanın ikinci oğlu Çağatayın nəslindən olan xanlar (Çağatay ulusu), həm də sonradan bu ərazilərdə hakimiyyətə gələn Əmir Teymur və Teymurilər dövründə geniş vüsət almışdır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]