Orta əsrlərdə Kür-Araz ovalığının tək sahibi türk tayfalarıdır.

19-11-2026, 16:14           
Orta əsrlərdə Kür-Araz ovalığının tək sahibi türk tayfalarıdır.
Təklə adına Türkdilli tayfa birləşməsinə bağlı olan Türkiyə, Türkmənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda, eləcə də Qara dənizin şimal sahillərində və Volqaboyu ərazilərdə məskunlaşan türk tayfa ittifaqlarının leksikasında rast gəlinir. Göründüyü kimi bu adın yayılma arealı genişdir.
Azərbaycanın Ağsu, Kürdəmir, Masallı, Cəlilabad, Qobustan rayonlarında Təklə kəndi, Şamaxı rayonunda Təklə Mirzəbaba kəndi, Masallı rayonunun ərazisində Təklə dərəsi, Təklə düzü, Təklə təpəsi, Cəlilabad rayonunda Təklə bulağı, Təklə dərəsi, Təklə dağı, Təklə yamacı, Təklə örüşü, Gürcüstanda Ağ Təklə, Qara Təklə (yerli sakinlər bu kəndlərin adlarını Təhlə kimi tələffüz edirlər) etnonimlərin, toponimlərin və oykonimlərin adları səlcuq türklərindən olan təklələrlə əlaqədardır.
Türkiyədəki Təklə tayfası Azərbaycana gəldikdən sonra onların xeyli hissəsi Salyan və Mahmudabad (Masallı rayonu ərazisində) bölgələrində məskunlaşmışlar.
Bəzi tədqiqatçılar təklələrin Şimali Azərbaycana gəlişini XVİ yüzilin 40-cı illərinə aid edirlər. Bir qrup tədqiqatçılar isə Təklə tayfasının Şimali Azərbaycana gəlişini XVİİ yüzildən sonrakı dövrə aid edirlər.
Kürdəmir -Kurdamir
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]