Rəsmi açıqlama: İranın 40% Azərbaycan türkləri təşkil edir

19-11-2026, 12:04           
Rəsmi açıqlama: İranın 40% Azərbaycan türkləri təşkil edir
İran İslam Respublikasının rəsmi xəbər agentliyi olan "İslam Respublikası Xəbər Agentliyi [İRNA]" 2023-cü ildə verdiyi rəsmi açıqlamasında qeyd edir ki, İranın 40%-ni Azərbaycan türkləri təşkil edir. Bu göstərici ilə demək olar ki, İranda 35 milyondan çox Azərbaycan türkü var.
İRNA-nın rəsmi açıqlaması:
«İran çoxmillətli cəmiyyətdir, ən böyük etnik və irqi qrupu İran əhalisinin təxminən 40%-ni təşkil edən Azərbaycan türkləridir.
Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qum və Qəzvin vilayətlərinin və Mərkəzi Əyalətlərin böyük bir hissəsində, eləcə də Gilan və Fars vilayətlərində xeyli Türk əhalisi var».
Bəzən mediada məqsədli şəkildə İrandakı Azərbaycan türklərinin sayısını az, yəni "10 milyon və ya 15 milyon" göstərmək istəsələr də, fakti olaraq Rəsmi şəkildə İranda 35 milyondan çox Azərbaycan türkü var.
Buda göstərir ki, İranda ən böyük xalq 1. Azərbaycan türkləri, 2. Farslardır.
Vahid İbayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]