"Türklərin ulu babaları yazını ixtira edənlər və Asiyanın Şərqinə gətirib çıxaran millətdir."
19-11-2026, 11:04

"Türklərin ulu babaları yazını ixtira edənlər və Asiyanın Şərqinə gətirib çıxaran millətdir.Tarixçilərə məlum olan və daş kitabələrə yazılan ən qədim Mixi yazılar Turani bir dillə yazılmışdır və bu dilin ehtiva etdiyi elmlərə qonşu dövlətlərin hökmdarları o dərəcədə dəyər verirdilər ki, onu Sami dillərinə də tərcümə etdirirdilər. Həmin dövrdə yunanların yazıb-oxumağın nə olmasından xəbərləri belə yox idi
Türklərin ulu babaları həm də dəmiri, misi, əksər metalları ilk dəfə işlədənlərdir".
Məşhur ingilis mütərcim, dilçi, Redhouse lüğətinin müəllifi Ceyms Redhouz. "On the history, system, and varieties of Turkish poetry"/Türk şeirinin tarixi, sistemi və çeşitləri üzərinə adlı əsər, səhifə17.
Redhouzun söylədiklərinin bir bənzəri e.ə. 5-ci yüzillikdə yaşayan və "Tarixin atası" adlanan Herodot’un Tarix adlı əsərində də (İskit-Saka Türklərinin mənşəyi ilə bağlı əfsanədə) keçir. Bu əsərdə dünya mədəniyyətinin təməllərinin Saklar tərəfindən atıldığına dair bir əfsanə anlatılır. Herodot yazırdı ki, Saklar o qədər güclü idi ki, onlar bütün Asiyaya hakim idi və Asiya dövlətləri onlara vergi verirdi.
Fatih Mehmet Yiğit.
Qeyd: Saklar Azərbaycan xalqının etnogenezində rol oynayan əsas türk etnoslarından biridir. Ərsak, Saktala, Saki (Şəki), Balasakan, Sakatlı, Sisakan, Naxçıvanda Sakarabad, Ordubadda Sakkarsu, Ağsuda Sak(n)qala, Güney Azərbaycanda Sakan, Sakani, Sakene, Şaqali, Şakabad və s . toponimlər sak türklərinin adı ilə bağlıdır.
Günel Hasanova

