Ərdoğan Türkiyədə yeni neft potensialını açıqladı: 135 milyon barel

10-11-2026, 11:44           
Ərdoğan Türkiyədə yeni neft potensialını açıqladı: 135 milyon barel
Türkiyənin Gabar bölgəsində daha iki yeni sahədə ümumilikdə 135 milyon barel neft ehtiyatı potensialı müəyyən edilib.

TEREF xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, hazırda Gabar bölgəsində Türkiyənin ən keyfiyyətli nefti hesab olunan 75,4 milyon barel neft hasil edilir.

Ərdoğan Qara dənizdə hasil olunan təbii qazın hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödədiyini bildirib. Onun qeyd edib ki, “Osmangazi” gəmisinin fəaliyyəti nəticəsində bu göstəricinin 8 milyon ev təsərrüfatına çatdırılması planlaşdırılır.

Türkiyə Prezidenti, həmçinin 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik neft hasilatının 100 min bareli ötəcəyini gözlədiklərini söyləyib.

Ərdoğanın sözlərinə görə, bu hasilat həcmi ölkə iqtisadiyyatına ildə 4,4 milyard dollar gəlir gətirəcək./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]