İzmirdə zavodda partlayış: Ölənlərin sayı 6-ya çatdı-VİDEO

10-11-2026, 00:04           
İzmirdə zavodda partlayış:
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

Hadisə ilə bağlı İzmir Valiliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində 13 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Bundan başqa, dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]