Ön Türklərin Azərbaycanda Qut (AğOd) dövləti, 4200 il öncə.

18-11-2026, 09:14           
Ön Türklərin Azərbaycanda Qut (AğOd) dövləti, 4200 il öncə.
Kut-Qut-Qud sözü ən qədim Odər (Azər) dilimizdəki yəni ulutürkcədəki AğOd sözündən yaranmışdır. Ağ- Ulu Tanrı, Od isə Həqiqət deməkdir. Ulu Tanrının Həqiəti yəni SafAğ İşıq mənasındadır. Mənbələr Qut-AğOd sözünə tam ən qədim mənanı ifadə etməsələr də ona yaxın anlamlar ilə izahlar verirlər. “Qut (kut)- Göydən tanrının işıq (nur) vasitəsilə insanlara göndərdiyi uğurlu ruha (cana) inanan qədim türklər bu olayı qut (kut) adlandırmışlar. Qutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, bu, toyda seçilən xaqanın tanrı qutu alması kimi dəyərləndirilirdi. Sonralar qut sözü «ruh» anlamında şamanizm termini kimi işlənmişdir.” (Ensiklapediya)
Qut sözü türk onomastikası üçün də doğmadır. Belə ki, Kut, Kutan, Kutluğ, Qutqan, Kutlu-Qutlu, Kutadmış, Qutalmış kimi türk şəxs adlarında görünən bu sözün ruh, can, uğur, müqəddəs anlamları türk dillərində bugün də işlənir. Azərbaycan türkcəsində qut sözü «matı-qutu qurudu», «ye, ürəyində qutun olsun» deyimlərində qalmışdır. Kitabi Dədə Qorqudda «Bu ad, bu yigidə qutlu olsun» və Manas eposunda «Kuyruğuna kut düşmüş, kutlu kula at kiminki» deyimləri qut sözünün qutsal anlamını yaşadır. Güney Azərbaycanda qutların birbaşa davamçısı olan qaşqaylar içində qutlu boyu vardır. Təsadüfi deyil ki, ilk türk dövlətlərindən biri Qut (Quti) adlanır.
Çin yazılarında quduxeu şəklində verilən hun titulunun bütövlükdə forma və mənası bəlli olmasa da, onun kökündə qut sözünün durması şübhə doğurmur, çünki qutluq titulu da çincə qu-du-lu şəklində verilir. Çin qaynağında qut titul kimi qeyd olunub.«Hökmdarlar iqtidarı tanrıdan alırlar» deyimini bizə çatdıran «Kutadğu Bilig» abidəsinin adında işlənən kutadğu sözünün özü də hakimiyət, iqtidar anlamı ilə bağlıdır.
Qut sözünü Xotan, Kotanlı tipli toponimlərlə; doğu-german boyadı qot ilə; türk-german Qut/Qud/Qod və türk-iran Kuday/Xudu teonim paralelləri ilə; qohumluq termini quda və yağış çağırmaq üçün oxunan Qodu-Qodu nəğməsilə də müqayisə edib, müəyyən yozum vermək olar. Lakin bunların bir qismi osetlərə keçən Kutiyev soyadı kimi, yuxarıda göstərilən qutsal anlamlı qut sözü ilə bağlıdır. Osmanlı dönəmi arxivlərində Kutlu, Kutlubəyli, Kutlucalı, Kutlulu, Kutluoba, Kutluyurd etnonim və toponimləri aydın göstərir ki, qut sözü boyadı kimi geniş işlənmişdir. Qədim türk inanc sistemində yaranmış qut sözü vaxtilə türklərlə kontaktda olmuş hat və hetlərin (kut), sami xalqlardan yəhudilərin (qod, qodeş), arameylərin (qodh), ərəblərin (qüds, qüdrət), germanların (qod, qud) dilinə keçmişdir.
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Qutun dəyişik növləri də mövcuddur. Məsələn Avropada Qot yəni Tanrı adlanırdı.
“Vaxtilə kutilərin türk etnosu olması fərziyyəsi irəli sürülmüşdü (B.Landsberqer) ve buna uyğun olaraq quz/oquz tüık tayfa adı kuti adının dəyişilmiş fonetik forması kimi qələmə verilmişdi. Kuti hökmdar adlan türk dillərindən izah olunur (Kamal Balkan). Lakin həm kuçi, həm də quz etnonimlərinin kuti adı ilə eyniləşdirilməsi şübhəli olaraq qalır. Mixi qaynaqlarda kuti adı ku kimi de yazılır. Etnonimin əsasını ku sözü təşkil edirmiş, -ti isə şəkilçi vəzifəsini yerinə yetirirmiş. Qədim türk dillərində -t cəm şəkilçisinn bildirirdi. Ku sözü türk dilləri baxımından izah edilərsə, o «ağ, ağımtıl, san, ağımtıl san» mə'nalarını daşıyır. Belə halda kuti etnonimini «ağbəniz, ağımtıl» 98 kimi me’nalandırmaq olar. Bu mə’na onunla da tesdiq olunur ki, mixi senedlerin birində bir neçə «ağbəniz kuti qulu» yad edilmişdir. K.uti- lerin qərb qonşuluğunda Yuxan Zab çayının orta axannda e.ə. XII - XIII əsrlərdə kuman/Zkumen tayfaları yaşayırdılar. Bu etnonim də ku ve türk dillərində etnik ad düzəldən man//men şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk tayfa adı olmaqla «sanmtıl, ağımtıl» me'nasını daşıyırdı. Kutiler ağbəniz türk etnoslanndan idilər. “ (Akad. Ziya Bunyadov, “Azərbaycan tarixi”)
“ E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o, buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. "Ummanmanda" və kuti hərbi dəstələrinin başında Enridavazir (e.ə.2225 – 2205) dayanmışdı. Onun şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və orada Enridavazir "qüdrətli, Kutium və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı. “(Vikipediya)
“Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənubi qərb hissəsində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında Kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə ya ratmışdılar. Onlar Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. E.ə. XXIII yüzillinin sonunda kutilər Enrıdavazir (e.ə. 2225- e.ə. 2205) başda olmaqla İkiçayarasına hərbi yürüşə başlayıb, Akkad çarının qoşunlarını darmadağın etdilər e.ə.2201-ci ildə Naranı Suen döyüşdə öldürüldü. Akkadlar üzərindəki uğur İkiçayarasındakı kuti ağalığının başlanğıcını qoydu.”(Tarixçi Alim Həsən Qəniyev, “Azərbaycan tarixi”)
“Azərbaycan dövlətçiliyinin təməli də bu vahid ərazidə qoyuldu, Arattalılardan sonra dövlətə əvvəlcə Lullubilər sonra isə Kutilər rəhbərlik etdi. Digər tərəfdən, çox vaxt belə bir ifadə işlədilir ki, “e.ə. II minillikdə Lullubi dövləti parçalandı, “çoxlu lullubi hökmdarları” meydana çıxdı”. Əslində “Lullubi dövləti”nin parçalanmasından deyil, Azərbaycan dövlətində lullubiləri kutilərin əvəz etməsindən, yalnız kutilərin zəifləməsindən sonra parçalanma, xırda yerli hakimiyyətlərin yaranmasından bəhs edilməlidir. Bir daha qeyd edirik ki, iki ayrı-ayrı dövlət deyil, iki sülalənin bir-birini əvəz etdiyi vahid Azərbaycan dövləti mövcud olmuşdur.” (Tarixçi Alim Akif Nağı, “Azərbaycan tarixi”)
Qut dövləti haqqında daha geniş və dürüst məlumarı Prof.Dr. Firudin Ağasıoğlunun “Doqquz Bitik” kitablarında ala bilərsiz. Mən isə Sizə “Doquz bitik”dən digər mənbələrdə olmayan bəzi gərəkli məlumatları çatdırıram.
“Qut boylarının qurduğu Qut Eli qədim Dünya tarixində bənzəri olmayan bir dövlətdir. Qut eli dünyada ilk demokratik (!) qurumlu dövlət idi; Sumer, Akad, Elam kimi böyük dövlətləri özünə tabe edə bilən bu dövlətin vaxtında yüzil boyunca bütöv regionda stabillik hökm sürdü; vaxtilə ümumiləşdirici mahiyət daşıyan subar və sonrakı saqa, hun, türk, oğuz, qıpçaq etnonimi kimi, 1500 il ərzində qut adı bəzi hallarda DəcləUrmu hövzəsində türklərin ümumi adına çevrilə bildi, yalnız Qut eli dağılandan sonra subar, lulu, kuman, turuk və başqa adlar qut ilə yanaşı işləndi.
IV-III minilliklərə aid arxeoloji kultur uyğunluğu busınırların da quzeydə Van gölü ilə Araz çayı yaxalarına, doğuda Xəzər yaxalarına, güney-doğuda Tehran-İsfahan xəttinə uzandığını göstərir. Bu xətt üzərində yerləşən Kaşan bölgəsi (Sialktəpə abidələri) Elamı da içinə alan dairənin guney-doğu sınırını təşkil edirdi. Xəritədə verilən dairə Qut elinin, qırıq xətli dairə isə ona tabe olan dövlətlərin ərazisini bildirir. Qutların geniş ərazisi və sayca çox olmasını qaynaqlar daima yad edir. Bunun səbəbi qut adının başqa boyları da bildirməsi idi. Bu ad altında qohum boyların olması o çağın arxeoloji kulturunda aydın görünür.
Qut elinin yarandığı ərazinin etnik durumu haqqında arxeoloji qaynaqlar müəyyən imformasiya verir. Belə ki, azər türkləri kimi aralıqdənizi antropoloji tipinin kaspi çaları ilə qonşu elam, sumer və akadlardanseçilən qut-lulu boyları dəfnetmə adətinə görə də qonşulardan fərqlənirdi. Sumer, Elam və Akad basırıqlarında görünən uzanıq ölübasdırma adətindən fərqli olaraq, onların bükülü basdırma gələnəyi III minildə də davam etmişdir. Qutlar eneolit çağındakı «boyalı-naxışlı keramik qablar» kulturuna sahib idilər. Qut elinin sınırları içinə daxil olan bölgələrdə eyni arxeoloji kultur kiçik lokal fərqlərlə yayılmışdı və bölgələr arasında sıx əlaqə vardı. Qut elinin yaranma dövrü Kür-Araz kulturunun son çağlarına düşür və Urmu yaxasında III minilin möhtəşəm Göytəpə abidəsi qutların mərkəz bölgəsini, Sialk abidələrinin yarandığı Qəzvin-Tehran-Kaşan üçbucağı isə güney-doğu sınırlarını təşkil edirdi. Lulu-Qut elləri qurulandan hələ minil öncə, IV minillikdə Urmu gölü hövzəsi metallurgiya və dulusçuluq sahələrinin inkişafı ilə seçilir.201 Belə bir inkişaf sənət əsərlərində də qabarıq görünür. Belə ki, uzmanların qut bəylərinə aid etdiyi heyləllər (tunc büstlər) Güney-Azərbaycanın Hə-mədan bölgəsində və Urmu hövzəsində tapılmışdır. Bu qədim türk sənət əsərləri sayılan bədizlər indi Nyu-Yorkda Bremmer qalereyasında saxlanır. IV minilliyin ikinci yarısına aid Qavratəpə abidəsinin damğa - möhürləri çox aydın göstərir ki, Mosul bölgəsində hələ minil öncə lulu-qut boylarının ulu babaları şəxsi mülkiyət formasına keçmişdi. Hər bir heyvandar ailənin, soy və boyun damğası vardı. Sonrakı minillərdə türk elatları ilə geniş ərazilərə yayılıb, son vaxtlara qədər davam edən soy və boy damğa bəlgələri, özəlliklə, qayaüstü rəsmlərdə sərgilənən və Qavratəpə çağından bəlli olan bu «təkə» damğaları Ön Asiyadan tutmuş Baykalacan hər yerdə türklərin «pasportu» kimi görünür.
Qut elinin yarada bildiyi stabilliyin səbəblərindən biri, elbəylərin seçim yolu ilə hakimiyətə gəlməsi idi. Saray çevrilişlərinə imkan verməyən seçki üsulu həm də daxili hakimiyət davasının qarşısını alır, hakimiyətə iddialı şahzadələrin gücə, hiyləyə əl atıb çar ola bilməsi bu sistemdə yoxdur. Ona görə də, 2200-ci ildə seçilmiş ilk elbəydən tutmuş son elbəyə qədər hamısının seçki ilə dövlətin başına keçdiyini görürük. Qonşu ölkələrin çarlarına aid siyahıda bu nizam-intizam yoxdur. Qut eli çağında boybirlikləri olan budun (xalq) adı kimi işlənirdi və o çağın qaynaqları Qut ölkəsində 70 boy yaşadığını qeyd edirdi, Qut eli dağılandan sonrakı çağların qaynaqları artıq konkret qut boyu ilə bərabər, həmin boyları öz adı ilə, subar, turuk (türk), kuman, bars, börü, qarqar, zəngi, polad, qorus, xınıs, qızıl, azər və sair etnonimlərlə verir. Qut eli dağılandan sonra qut boylarından bir qisminin də Güney Qafqaza, Xəzər yaxalarına və Orta Asiyaya keçdiyini əks etdirən toponimlər vardır: Qudula (Oğuz), Kotuz (Vedi), Kale-Kuti (Qəzvin), Kuta (Səmərqənd). Qut etnoniminin əsasında duran «qut» sözünün iştirak etdiyi toponimlər də eyni istiqamətdə yayılmışdır: Qutqaşen (Qəbələ), Qodman (Masallı), Ata-Qut (Tuğ, Qarabağ).
Qut etnoniminin etimologiyası, məncə, Kut Tənri xatunı, Kutluğ, Kutan, Qutqan, Kutadmış, Kutrulmuş, Qutalmış, Kutlu//Qutlu kimi türk şəxs adlarında işlənib, «ruh, can, uğur, müqəddəs» anlamları ilə bugün davam edən qut sözü ilə bağlıdır. Bu fikri vaxtilə prof. Beno Landsberger irəli sürmüşdür. O yızır ki, bu Gutium, yaxud Kutium etnonimində akadca nisbət şəkilçisni (-ium) çıxsaq, yerdə kut adı qalır. Kut xalqını nəzərdə tutan alim əlavə edir: «Türklərlə ən yaxın münasibətdə olan, hətta bəlkə də, eyniyət göstərən boy budur». Azər dilində «Bu ad bu yigidə qutlu olsun» (KDQ), «Ye, ürəyində qutun olsun», Manas eposunda «Kuyruğuna kut düşmüş, Kutlu kula at kiminki» ifadəsi, deyimləri qut sözünün qutsal anlamını yaşadır. Qut eli çağında Orta Anadoluda yaşayan hatların dilində eyni anlamda işlənən qut sözü qədim qaynaqda qalmışdır. Bu söz türk etnonimikası üçün doğmadır.”
M.ö 2200 ildə Qut dvləti quruldu. İkinci bu coğrafiyaya Sami kökənli Akkadlar 4200 min il əvvəl Mesapatoməyaya gəldilər. Qut dövləti 17 il sonra imperiyaya çevrildi yəni qonşu dövlətləridə Elam Akkad Şumeridə içərisinə almışdılar. Qut tayfası 100 il bu coğrafiyada başqa xalqları idarə edən Türk tayfasıdır. Türk tayfalarından hansı hökranlıq edirsidə dövlətdə həmin adla adlandırılırdı. Dünyadakı mənbələrin qeyd etdiyi yazsaq, məsələn Subar, Aratta, Lullubey, Qut, Turuk, Man, Mad, Saqa, Azər, Alban, Qara qoyunlu, Ağ qoyunlu, Səfəvilər, Əfşar, Qacar və.s. 4100 ildə Qut parçalandı onun yerində iki Bəylik yarandl Subar və Turuk Bəyliyi.
İstifadə ounan mənbələr.
1. Prof. Dr. Firudin Ağasıoğlu, “Doqquz Bitik”.
2. Akad. Ziya Bunyadov, “Azərbaycan tarixi”.
3. Tarixçi Alim Həsən Qəniyev, “Azərbaycan tarixi”.
4. Tarixçi Alim Akif Nağı, “Azərbaycan tarixi”.
5. Yazıçi İsa Muğanna, “İdeal” və digər əsərləri.
6. Ensiklapediya və Vikipediya.
Təvəkgül Nəbioğlu
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]