Türkiyəli jurnalistdən Səfəvi vurğusu: “Azərbaycanlılar Şah İsmayıl varisidir.”
16-11-2026, 12:54
"Biz Azərbaycanla münasibətlərə bir millət iki dövlət deyirik. Bəli biz bir millət olaraq türkük. Amma Azərbaycan türkləri və biz fərqli tarixi yoldan və sosial vəziyyətdən keçmişik. Azərbaycanlıların əksəriyyəti şiədir, biz süniyik. Onların süniləri belə bizdən fərqlidir. Biz Osmanlı varisiyik, Azərbaycanlılar Səfəvi və Şah İsmayıl varisidir. P.S. İsmayıl Saymazın sözlərindən çıxan əsas fikir budur: Azərbaycanın öz tarixi yolu var və Səfəvi irsi bu yolun mühüm qatlarından biridir. Milli Kimlik