Türklərin İslamdan əvvəlki inanc sistemi olan Tanrıçılıq nəyi ifadə edirdi? VİDEO
12-11-2026, 11:04
. O, sadəcə dini etiqad, yoxsa insanın təbiətə, kainata və həyata münasibətini müəyyənləşdirən bütöv bir dünyagörüşü idi? Tanrıçılıq İslamla ziddiyyət təşkil edirmi? Şamanizm Tanrıçılıqla eynidirmi? Türklər İslamı könüllü qəbul etdilər, yoxsa bu prosesdə məcburiyyət amili də rol oynadı? Qədim türk inanclarından günümüzə hansı adət-ənənələr və dəyərlər gəlib çatıb? Cümə axşamı ənənəsinin kökləri haradan qaynaqlanır? Tanrıçılıqda qadağalar yox idimi, yoxsa insan azadlığı ilə yanaşı mənəvi məsuliyyət də əsas prinsip sayılırdı? XIX əsrdə Avropa və Rusiya alimlərinin qədim türk inanclarına marağı nədən qaynaqlanırdı? Dorji Banzarov və Çokan Valixanov şamanizmə hansı elmi yanaşmanı gətirmişdilər? Bəs Tanrıçılığın müqəddəs kitabı olsaydı, o da bu gün dünya dinlərindən biri kimi yaşaya bilərdimi? Bu və digər maraqlı suallara AHB TV-nin qonağı, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Lalə Ağamirzə qızı Əliyeva aydınlıq gətirir. Qədim inancların izində, tariximizin və milli-mənəvi yaddaşımızın dərinliklərinə doğru! Ilgar Ilkin TEREF