“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva

13-11-2026, 10:24           
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
Təhminə və Zaur" filmindəki Təhminə ilə taleyimiz oxşayır. Həyat yollarımız, çəkdiyimiz əziyyətlər, özümüzü olduğumuz kimi qəbul etdirməkdə yaşadığımız çətinliklər. O, film qəhrəmanıdır, mən isə real insan. Azadlıq insanın özgüvənidir. Sizi sıxan, qadağa qoyan insan yoxdur. Heç vaxt icazə almamışam. Azad qadınam deyə hər hərəkəti də etməyi özümə sığışdırmıram, qadağalarım var".

TEREF xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "10+" layihəsində deyib. O, özünü "Təhminə və Zaur" filmindəki baş qəhrəman Təhminə ilə müqayisə edib.

Aktrisa pandemiyadan sonra sənət həyatında bəxtinin gətirmədiyini də söyləyib:

"Pandemiyadan sonra sənət baxımından bəxtim bağlandı. Bir ildə beş qala gecəm var idi. "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialı üçün Oktay Kaynarca ilə görüşdük. Türkiyəyə getməli idim, pandemiya başladı, yollar bağlandı. Onunla da bitdi". (Axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]