Amerikalı aktrisanın yarım milyonluq nişan üzüyü ölümündən sonra yoxa çıxdı - FOTO

4-10-2026, 11:38           
Amerikalı aktrisanın yarım milyonluq nişan üzüyü ölümündən sonra yoxa çıxdı - FOTO
Amerikalı aktrisa Hayden Panettierinin keçmiş nişanlısı, ukraynalı boksçu Vladimir Kliçkonun ona hədiyyə etdiyi 500 min dollar (850 min manat - red.) dəyərində nişan üzüyü aktrisanın ölümündən sonra yoxa çıxıb.

"US Magazine" jurnalı xəbər verir ki, Panettierinin yaxınları zinət əşyasının oğurlandığını düşünürlər.

Jurnalın məlumatına görə, aktrisanın Kliçkodan aldığı və illər ərzində qoruyub saxladığı üzüyü yoxa çıxıb. Onun dostları və ailə üzvləri hesab edirlər ki, aktrisanın son günlərində yanında olan şəxslərdən biri əşyaları lombarda təhvil verərkən üzüyü götürüb.

Xatırladaq ki, Hayden Panettieri 36 yaşında vəfat edib. Aktrisanın ölümü bədbəxt hadisə kimi qiymətləndirilib.

Məlumata görə, Panettierinin ölümünə qadağan olunmuş maddələr və reseptlə verilən sakitləşdirici dərmanların qarışığının toksik təsiri səbəb olub.

Jurnalistlərin məlumatına görə, aktrisanın mirası onun 11 yaşlı qızı Kaya-Evdokiya Kliçkoya qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]