ABBA qrupunun üçüncü hiti bir milyard dinləmə həddini keçdi

2-10-2026, 16:18           
ABBA qrupunun üçüncü hiti bir milyard dinləmə həddini keçdi
İsveçin əfsanəvi ABBA qrupunun üçüncü mahnısı "Spotify" striminq xidmətində bir milyard dinləmə göstəricisini geridə qoyub. Bu dəfə söhbət "The Winner Takes It All" xitindən gedir.

TASS xəbər verir ki, bu barədə "Universal Music" şirkəti məlumat yayıb.

Daha əvvəl bu həddi qrupun "Dancing Queen" və "Gimme! Gimme! Gimme! (A Man After Midnight)" bəstələri keçmişdi. ABBA-nın bu üç məşhur hiti ümumilikdə 4 milyard dəfədən çox dinlənilib.

Qeyd edək ki, "The Winner Takes It All" mahnısı 1980-ci ildə "Super Trouper" albomunda işıq üzü görüb. Ötən il mahnı sosial şəbəkələrdə "mətni müxtəlif trendlərin təşviqi üçün istifadə edən yeni nəsil sayəsində" ikinci həyatını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]