Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

2-10-2026, 17:44           
Cim Kerri gizlicə evləndi:
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır.

Bu barədə "People" jurnalı məlumat yayıb.

Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib.

Qeyd edək ki, bu, məşhur aktyorun üçüncü nikahıdır. O, daha əvvəl 1987-1995-ci illərdə Melissa Uomerlə, 1996-1997-ci illərdə isə aktrisa Loren Holli ilə evli olub. Aktyorun Uomerlə olan ilk nikahından Ceyn adlı qızı var.

Cim Kerri və Min A ictimaiyyət qarşısında ilk dəfə yeddi ay bundan əvvəl"Sezar" mükafatının təqdimat mərasimində birlikdə görünüblər. Kinematoqrafiyaya verdiyi töhfələrə görə mükafata layiq görülən aktyor səhnədəki çıxışı zamanı Min Anı "ilahi həyat yoldaşı" adlandıraraq ona olan sevgisini etiraf etmişdi.

Qeyd edək ki, Kerrinin həmin mükafatlandırma mərasimindəki iştirakı sosial şəbəkələrdə qalmaqalsız ötüşməmişdi. Aktyorun pərəstişkarları onun xarici görünüşünün tanınmaz dərəcədə dəyişdiyini iddia edərək, tədbirə onun əvəzinə oxşarının qatıldığı barədə şayiələr yaymışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]