ABŞ-li məşhur müğənninin üzərinə qaynar su töküldü: Ağır yanıqlarla səhnəyə çıxdı - FOTO

29-09-2026, 15:18           
ABŞ-li məşhur müğənninin üzərinə qaynar su töküldü: Ağır yanıqlarla səhnəyə çıxdı - FOTO
ABŞ-li məşhur müğənni Nikol Şerzinger Almaniyadakı konsertdən əvvəl ağır yanıqlar alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Independent" nəşri yazıb.

Məlumata görə, Nikol Şerzinger Düsseldorfda keçirilən "PCD Forever Tour" dünya turu çərçivəsində "Pussycat Dolls" qrupunun konsertinə hazırlaşırdı. Səhnəyə çıxmazdan bir saat əvvəl onun üzərinə qaynar su tökülüb və müğənni ciddi yanıq xəsarətləri alıb.

48 yaşlı müğənninin ayağında dizindən topuğuna qədər yanıqlar olduğu bildirilir. Buna baxmayaraq, Şerzinger səhnəyə çıxa bilib və qrup yoldaşları Eşli Roberts və Kimberli Uayatt ilə birlikdə turun Avropa hissəsini davam etdirib. O, qısa müddət sonra Amsterdamda da çıxış edib.

ABŞ-li məşhur müğənninin üzərinə qaynar su töküldü: Ağır yanıqlarla səhnəyə çıxdı - FOTO

Pop qrupunun Böyük Britaniya və İrlandiyada ümumilikdə bir neçə konserti planlaşdırılıb və turun oktyabrın 13-də Londonun "O2 Arena"sında başa çatması gözlənilir.

Hazırkı tur qrupun 2022-ci ildəki turunun və Şimali Amerikadakı son çıxışlarının əksəriyyətinin ləğv edilməsindən sonra konsert fəaliyyətinə qayıdışı kimi nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]