ŞOU-BİZNES Emin Ağalarovun həyat yoldaşı yarım milyonluq manatlıq geyim və aksessuarla tədbirə qatılıb

23-09-2026, 11:24           
ŞOU-BİZNES Emin Ağalarovun həyat yoldaşı yarım milyonluq manatlıq geyim və aksessuarla tədbirə qatılıb
Qavrilova obrazını İtaliyanın məşhur “Bvlgari” brendinin zinət əşyaları və saatı ilə tamamlayıb

Biznesmen və müğənni, Azərbaycanın xalq artisti Emin Ağalarovun həyat yoldaşı, rusiyalı model Alyona Qavrilova milyonlarla rubl dəyərində geyim və aksessuarlardan ibarət obrazla ictimaiyyət qarşısına çıxıb.

Bestmedia.az xəbər verir ki, bu barədə “Zvezdaç” “Telegram” kanalı məlumat yayıb.

39 yaşlı modelin paylaşılmış fotosunda 115,5 min rubl (təxminən 2 min manat) dəyərində çəhrayı rəngli korsetli libas geyindiyi görünür.

Qavrilova obrazını İtaliyanın məşhur “Bvlgari” brendinin zinət əşyaları və saatı ilə tamamlayıb. Onun qolundakı saatın qiymətinin təxminən 7 milyon rubl, boyunbağının 10 milyon rubl, sırğalarının isə 5,7 milyon rubl olduğu bildirilib.

Beləliklə, geyim və aksessuarların ümumi dəyəri təxminən 23 milyon rubl təşkil edib.

Qeyd edək ki, Alyona Qavrilova daha əvvəl də bahalı brend məhsulları ilə gündəmə gəlib. 2024-cü ilin iyununda onun ümumi dəyəri təxminən 8 milyon rubl olan brend əşyalarını satışa çıxarmaq qərarına gəldiyi barədə məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]