"Haqqımda artıq-əskik danışmayın!" - Mətanət kimə səsləndi?

19-09-2026, 00:11           
"Haqqımda artıq-əskik danışmayın!" - Mətanət kimə səsləndi?
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib.

O, pəhrizlə arıqladığı halda haqqında müxtəlif söz-söhbətlərin gəzdiyini bildirərək həmin şəxslərə səslənib:

“Mən 8 aya 15 kiloqram çəki atmışam. Hesablayanda hər aya təxminən 2 kiloqram düşür. Mən birdən-birə 10 kiloqram arıqlamamışam. Bunu nəzərə alın, artıq-əskik danışmayın ki, guya iynəylə çəki atmışam. Mən iynədən qaçan və qorxan adamam. Kənardan eşidirəm, danışırlar ki, yalandan deyir, iynəylə arıqlayıb. Heç başım ağrıyanda dərman içmirəm, qaldı ki, iynə… Mən asan kökəlib, çox gec arıqlayıram. Ona görə də artıq “stop” demişəm, nə bundan artıq kökəlmək, nə də çəki atmaq istəmirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]