"Time" jurnalı ilk dəfə olaraq incəsənətdə ən nüfuzlu 100 insanın siyahısını dərc edib

18-09-2026, 16:38           
"Time" jurnalı ilk dəfə olaraq incəsənətdə ən nüfuzlu 100 insanın siyahısını dərc edib
ABŞ-nin "Time" jurnalı ilk dəfə olaraq "incəsənətin gələcəyini müəyyənləşdirən" 100 ən nüfuzlu şəxsin siyahısını hazırlayıb.
Onların arasında rəssamlar, fotoqraflar, heykəltəraşlar və digər yaradıcı şəxslərlə yanaşı, sənət kuratorları, hüquqşünaslar, xeyriyyəçilər və muzey rəhbərləri də yer alıblar.

"Time" jurnalının buraxılışının üz qabığında amerikalı portret rəssamı Emi Şeraldın fotosuna yer verilib. O, sadələşdirilmiş realizm üslubunda işləyir və afroamerikalıların gündəlik həyatını əks etdirən portretləri ilə tanınır. Şerald ABŞ-nin keçmiş prezidenti Barak Obama və birinci xanım Mişel Obamanın rəsmi portretlərini də çəkib.

Siyahıda yer alan rəssamlar arasında italyan Mauritsio Kattelan, ABŞ-nin yerli xalqlarının nümayəndəsi Ceffri Gibson, amerikalı Kerri Ceyms Marşall, alman Gerhard Rixter, fransız fotoqraf və küçə rəssamı JR da var.

Siyahıya 11 xeyriyyəçi, o cümlədən investor Ken Qriffin, sahibkar Ronald Lauder və incəsənət əsərləri kolleksiyaçısı Komal Şah daxil edilib.

Top-100-lükdə həmçinin Nyu-York Metropoliten Muzeyinin rəhbəri Maks Holleyn, Harlem Muzey-Studiyasının rəhbəri Telma Qolden və Quggenhaym Muzeyinin baş kuratoru Naomi Bekvit də yer alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]