ŞARL PERRO: SEHİRLİ NAĞILLAR ALƏMİNDƏ OLMUSUNUZMU?
24-09-2026, 15:04

Nağıl janrının yaradıcısı ŞARL Perro dörd uşağını tək böyüdüb. Həyat yoldaşı öldükdən sonra, bir daha evlənməyibdi. Axı, o, pis ögey ana haqqında nağılları yaxşı bilirdi... Təbii ki, dayə və aşpazı var idi.
Fransız yazıçısı Şarl Perro professor idi, yaxşı pul qazanırdı. O, pis yaşamırdı. Lakin, həyat yoldaşını çox sevdiyindən, onu heç unuda bilmirdi. Sağlığında həmişə onu belə çağırardı: "mənim sehrli şahzadəm"...
Axşamlar kamin qarşısında oturar, uşaqlar xalçanın üstündə sürünüb oynayar, o isə naxışlı tikmələr tikərdi. O vaxtlar çoxları bu işi sevirdi, padşahın özü də tikməyə həvəs göstərərdi.
Şarl Perro tanınmağa, məşhurlaşmağa başlayır və yeni qanun layihəsini qəbul edir. Bu qanun layihəsi indi qəribə görünsə də, öz dövrü üçün tamamilə yerində və doğru idi. Məsələn, canlı insanları yandırmaq olmaz. İnsanlar əziyyət çəkir. İnsanları yandırmaq çox pis və çirkin bir qanundur. Çox vaxt cadugər adı ilə insanlar yandırılırdı. Amma əslində isə, onlar ya xarakterinə və ya gözəlliklərinin qurbanı olan qadınlar idi. Ya da əqli qüsurlu çirkin yaşlı qadınlar yandırılırdı.Ümumiyyətlə, onlar cadugər deyildilər.
Təbii ki, cadugərlər də vardı. Bu danılmazdır. Lakin onların işgəncəyə məruz qalması və öldürülməsi də düzgün deyildi. Əks halda, siz necə yaxşı insanlar ola bilərsiniz?
Şarl Perro uşaqlar üçün nağıllar yazırdı. Qırmızı papaqdan, Yatan gözəldən, Çəkməli pişikdən, Zoluşkadan yazıb... Bu nağıllar hətta böyüklər tərəfindən də o qədər bəyənilmişdi ki, bir ildə üç nəşri satılıb qurtarılmışdı.
Bir gün... Bir gün Şarl Perro hər şeyini itirdi: məhkəmədəki yerini, kralın rəğbətini və elmi nüfuzunu. Amma nağılları hər kəs çox bəyənirdi. Bəs hörmətli professor, akademik bundan sonra, necə nağıl yaza bilərdi?
Nağıllarını bura ver! Özün isə, professor - çıx get! Bir daha nə nağıllarda, nə qanunlarda cadugərlər haqqında hər cür cəfəngiyyatlar uydurma!
Beləliklə, gözəl nağılların müəllifi həyatını kədər və yoxsulluq içində başa vurur. Qanunlar bağışlaya bilər, amma nağıllar bu haqsızlığı heç vaxt bağışlamaz!
Şarl Perro əsl, gerçək nağılları yazıb. Həyatdan götürülmüş mövzular olub. Qırmızı papaq haqqında nağılda isə, yeri gəlmişkən, sonluq tamam fərqli olub. Canavar həm nənəni, həm də nəvəni yeyib.
Amma bir tərcüməçi nağılın davamını yazıb; nənəni və Qırmızı papağı odunçular xilas edir. Biz də uşaqlıqdan nağılın bu sonluqla bitdiyini oxumuşuq. Yaxşı balta ilə pisliyə qalib gəlinib. Belə də olmalıdır.
Şarl Perronun şəxsi həyatının kədərli hekayəsi indi heç kəsin yandırılmadığı, işgəncə verilmədiyi, kədər olmayan bir yerdə möhtəşəm şəkildə davam edir. Onun nağılları bütün dünyaya yayılıb və insanların yaddaşında uşaqlıq xatirələri kimi yaşayır. Nağıllarınəbədi olduğu yerdə...
Есмира Шукурова

