80-lər trendində hamını geridə qoydu – FOTOLAR

12-09-2026, 10:34           
80-lər trendində hamını geridə qoydu – FOTOLAR
Sosial medianı bürüyən 80-ci illər trendinə Yeşilçamın əfsanəvi aktrisası Türkan Şoray da qoşulub.

Referans Media “Yeni Sabah“a istinadla xəbər verir ki, sənətçinin süni intellektlə hazırlanan 80-ci illər fotoları trendinə qoşulmaq üçün həmin dövrdə çəkilmiş öz fotosunu paylaşması böyük maraqla qarşılanıb.

Türk kinosunun ən məşhur simalarından biri olan Türkan Şoray çoxsaylı filmlərdə canlandırdığı obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub. Aktrisanın 80-ci illərə aid fotosunu paylaşması isə sosial şəbəkələrdə qısa müddətdə gündəmə çevrilib.

Şoray digər məşhurlardan fərqli olaraq trendə süni intellektlə hazırlanmış görüntü ilə deyil, məhz həmin illərdə çəkilmiş real fotosu ilə qatılıb.

Paylaşımın ardından aktrisanın fotosu çoxsaylı bəyənmə və şərhlə qarşılanıb. İzləyicilər Türkan Şorayın trendə öz fotosu ilə qoşulmasını yüksək qiymətləndirərək “Trendin əsl sahibi”, “Sultan son nöqtəni qoydu” kimi rəylər yazıblar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]