Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi

12-09-2026, 09:34           
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
Türkiyəli müğənni Nev reanimasiyaya yerləşdirilib.

Referans Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı sənətçinin bir müddətdir xəstəxanada müalicə aldığı məlum olub.

Bildirilib ki, müğənninin şüuru açıqdır və müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Nevin hansı xəstəxanada müalicə aldığı və səhhəti ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, əsl adı Nevzat Doğansoy olan sənətçi 1968-ci ildə İstanbulda anadan olub. O, 1995-ci ildə "Chantage" qrupu ilə səhnəyə çıxmağa başlayıb.

Nev 2001-ci ildə yayımlanan "Her Şeye Rağmen" albomu ilə geniş auditoriyaya tanınıb. O, "Zor", "Sen Gibi" və "Işığım ve Gölgem" kimi mahnıları ilə məşhurlaşıb./Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]