Məşhur türk müğənni 15 il sonra səhnəyə qayıdır — Tarix bəlli oldu

8-09-2026, 16:28           
Məşhur türk müğənni 15 il sonra səhnəyə qayıdır — Tarix bəlli oldu
15 illik səhnə fasiləsindən sonra yenidən konsert proqramlarına başlayan Əmrah pərəstişkarları ilə görüşlərini davam etdirir. Uzun fasilədən sonra səhnəyə qayıdan məşhur sənətçi ifa etdiyi mahnılarla sevənlərinə xoş və musiqi dolu anlar yaşatmağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, 15 illik səhnə fasiləsindən sonra son dövrdə yenidən konsertlərinə üstünlük verən Əmrah İstanbul, Bodrum və özəl səhnələrdəki çıxışlarından sonra bu dəfə istiqamətini Antalyaya çevirir. Əmrah illər sonra sentyabrın 11-də Antalya Açıq Hava Səhnəsində pərəstişkarlarının qarşısına çıxacaq. Sənətçi keçmişdən bu günə qədər uzanan xüsusi repertuarı ilə Antalyadakı pərəstişkarlarını musiqi səyahətinə çıxaracaq.

Arabesk musiqisinin məşhur nümayəndəsi Əmrah 15 illik fasilədən sonra ötən həftələrdə Yalıkavakda səhnəyə çıxmışdı. Səhnədə 2,5 saat qalan sənətçi musiqisevərlərə həm nostalji, həm də duyğulu anlar yaşatmışdı.

Sənətçini dinləyənlər arasında anası Aytən xanım da olub. Səhnənin önündə anasını görən Əmrah konsertini bir müddət dayandırıb. Daha sonra dərhal səhnədən enərək anasının yanına gedən sənətçi əyilərək onun əlini öpüb.

Bu hərəkəti böyük alqışlarla qarşılanan sənətçi deyib: “Əvvəlcə anamın xeyir-duasını almaq istədim. Bu gün burada ayaqdayamsa, onun zəhməti və duası sayəsindədir. Duasız olmaz! Səni çox sevirəm, ana”.

Müğənni Əmrah və Sibel Ərdoğan 2014-cü ildə ailə həyatı qurub və bu evlilikdən Elyesa və Eleysa adlı iki övladları dünyaya gəlib. Uzun müddət gözlərdən uzaq ailə həyatı yaşayan cütlük 2022-ci ildə qarşılıqlı razılaşma əsasında ayrılmaq qərarına gəlib.

Boşanmadan sonra övladlarının təhsili və gələcəyi naminə əlaqələrini kəsməyən cütlük qarşılıqlı hörməti qoruyaraq münasibətlərini davam etdirib. Son olaraq məşhur müğənni ötən aylarda keçmiş həyat yoldaşı Sibel Ərdoğanın doğum gününü sosial media hesabında təbrik edib.

Övladlarının anasını bu özəl günündə unutmayan Əmrah paylaşımında belə yazıb: “Doğum günün mübarək. Daha neçə gözəl yaşların olsun. Həyatımızdakı ən mükəmməl ortaq dəyərimiz olan övladlarımızın anasısan və hər zaman çox dəyərli bir yerə sahibsən. Övladlarımızın varlığı ilə aramızda yaranan bağ ömür boyu davam edəcək ən qiymətli bağlardan biridir. Allah səni övladlarımızın başından əskik etməsin. Övladlarımızın uğurlarını, sevinclərini və həyatlarında yaşanacaq ən gözəl anları sağlam şəkildə birlikdə görməyi Rəbbim bizə nəsib etsin, inşallah... Yeni yaşın mübarək”.

Məşhur müğənninin ailə bağlarına diqqət çəkdiyi bu son paylaşımı sosial mediada qısa müddətdə maraq doğurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]