Hər kəs bu qadını səsinə görə tanıyır – VİDEO

7-09-2026, 17:28           
Hər kəs bu qadını səsinə görə tanıyır – VİDEO
Filippinli aktrisa və müğənni Lea Salonga Hollivud Şöhrət Xiyabanında ulduz qazanan ilk filippinli qadın olub.

Referans Media xəbər verir ki, 55 yaşlı sənətçiyə xiyabanın 2 855-ci ulduzu təqdim edilib. Salonga “Live Performance” kateqoriyasında bu şərəfə layiq görülüb.

Lea Salonga “Miss Saigon” musiqili tamaşasındakı Kim obrazı ilə dünya şöhrəti qazanıb və 1991-ci ildə “Tony” mükafatına layiq görülüb.

O, bu mükafatı qazanan ilk asiyalı qadın olub.

Qeyd edək ki, aktrisa Disney-nin “Aladdin” filmində şahzadə Jasminin, “Mulan”da isə baş qəhrəmanın mahnılarını səsləndirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]