Flora Kərimovaya niyə səhnə qadağası qoyulmuşdu?

14-09-2026, 17:04           
Flora Kərimovaya niyə səhnə qadağası qoyulmuşdu?
Ən yeni tarix. Maraqlı faktlar.
Vətənpərvərliyi və heç kimə yarınmaq istəməyən xasiyyətinə görə, Xalq artisti Flora Kərimova öz sənət ömrünün demək olar ki, 3/4-ü qadağalarla keçirmişdir. Buna baxmayaraq “Qızıl Fond”da ən çox sayda əsərlər Flora Kərimovanın adı ilə bağlıdır.
***
Flora Kərimovaya ilk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ şikəstəsini oxuyub. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib. Lakin Bakıya qayıtdıqdan sonra o dövrkü Mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırır.
Flora Kərimovaya qarşı ən uzun sürən qadağa Sovet Respublikasının “Ermənistanın xalq artisti” adından imtina etməsi ilə bağlı olub. Kərimova bir müddət ona heç bir ad verilməməsi ilə cəzalandırılıb.
***
Sovet dövründə ən son qadağa isə 1989–1991-ci ildə olunub. Flora xanım həmin dövrdə Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunması mübarizəsində irəlidə gedən siyasi ictimai fəallardan biri olub. Azərbaycan Televiziya və Radio Milli Musiqi Fondunda Flora xanıma məxsus olan musiqi səs yazılarının, lentlərinin və görüntülərin kart nömrələri və bəzi hallarda orijinal lentlər yandırılmış, üzərinə başqa materiallar yazılaraq məhv edilmişdir.
Fialetova adına səsyazma studiyasında olan səs yazıları, Cəfər Cabbarlı adına Film studiyasında Flora xanıma məxsus olan tele-tamaşa, kino, sənədli film və tarixi konsertlərdən ifaları montaj edilərək çıxarılmış və ya başqa müğənnilərin eyni adlı ifaları ilə əvəz edilmişdir.
Sovet hakimiyyəti zamanı ad verilməkdən məhrum olunsun maddəsinə bəraət verilərək Prezident Əbülfəz Elçibəy tərəfindən 1992-ci ildə Flora Kərimova Azərbaycan Demokratik Respublikasının ilk Xalq artisti adına layiq görülüb.
***
Flora Kərimova 1988-ci ildə ermənilər Qarabağda Topxana meşəsini sındırıb Qarabağa torpaq iddiası qaldırıb Azərbaycan torpaqlarına qarşı hücuma keçən zaman Bakıda Azadlıq Meydanında etirazını bildirən ilk qadın sənətçi olub.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Rus Sovet Ordusunun hücumları ərəfəsində küçələrə, tankların qarşısına çıxaraq öz etirazını ifadə edib.
Buqələmun












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]