Tanınmış aktrisadan ŞOK ETİRAF: Ölən anasının külünü yeyirmiş

3-09-2026, 15:17           
Tanınmış aktrisadan ŞOK ETİRAF: Ölən anasının külünü yeyirmiş
Böyük Britaniyalı aktrisa Reyçel Sterlinq "Taxt oyunları" serialında Olenna Tirell rolunu canlandırmış anası, mərhum aktrisa Diana Riqqin külünü az-az yediyini etiraf edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Independent" nəşri Sterlinqin "Anam haqqında hər şey" adlı xatirələr kitabına istinadən yazıb.

Aktrisanın sözlərinə görə, o, tamaşalarının premyera günlərində səhnəyə çıxmazdan əvvəl anasının külündən az miqdarda yeyir. 49 yaşlı Sterlinq bu vərdişini təbii hesab edir.

"İnsanlara bu barədə danışanda şoka düşürlər, lakin mənim üçün bu, tamamilə təbiidir. O məni əhatə edir, qoruyur və bürüyür. Anam mənim super gücümdür", - deyə sənətçi yazıb.

Diana Riqq 2020-ci ildə xərçəng xəstəliyi ilə mübarizədən sonra 82 yaşında vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]