"GTA VI" ABŞ-də iş həyatını iflic edə bilər: Amerikalılar məzuniyyət götürməyə hazırlaşırlar

31-08-2026, 16:18           
"GTA VI" ABŞ-də iş həyatını iflic edə bilər: Amerikalılar məzuniyyət götürməyə hazırlaşırlar
ABŞ-li oyun həvəskarları "Grand Theft Auto VI" videooyununun satışa çıxmasından sonra məzuniyyət götürmək üçün ödənişli məzuniyyət günlərini əvvəlcədən toplamağa başlayıblar.

Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, şirkət rəhbərləri oyunun buraxılışından sonra yarana biləcək "işçi qüvvəsi böhranına" hazırlaşmalıdırlar. GTA seriyasının əvvəlki hissəsinin təqdimatından 13 il keçib və oyunçular noyabrın 19-da yeni hissənin çıxışını özləri üçün "qeyri-rəsmi bayram"a çevirməyə hazırlaşırlar.

Nəşrə danışan şəxslərdən biri oyun üçün məzuniyyət götürməklə yanaşı, bir neçə gün kifayət edəcək ərzağı da əvvəlcədən hazırlayacağını bildirib.

Daha əvvəl "Variety" yazmışdı ki, ABŞ ordusunun Corciya ştatındakı Fort-Stüart bazasında yerləşən piyada diviziyası hərbçilərə müqavilələrini ən azı iki il uzatmaları müqabilində "GTA VI" oynamaq üçün dörd günlük məzuniyyət təklif edir.

Polkovnik-leytenant Angel Tomkonun sözlərinə görə, mühəndis batalyonunda xidmət edən 130 hərbçidən 44-ü məhz bu əlavə istirahət günləri təklifi sayəsində müqaviləsini uzadıb.

Qeyd edək ki, GTA seriyasının beşinci hissəsi 12 il əvvəl satışa çıxıb və 185 milyondan çox nüsxə satılaraq dünyanın ən çox satılan ikinci videooyununa çevrilib. Birinci yerdə isə 300 milyondan çox satışla "Minecraft" qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]