"Mən səni “axmaq” adlandırmayacağam"

12-08-2026, 10:07           
"Mən səni “axmaq” adlandırmayacağam"
Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə sosial mediada onu təhqir edən şəxsi ifşa edib.

Axşam.az-ın məlumatına görə, türk seriallarını şərh etdikdən sonra baxış sayının artdığını görən “Adam Jones” adlı bloger Nəsrinin “Daha 17” serialında canlandırdığı “Şebnem” obrazının ünvanına təhqiramiz ifadələr işlədib. Lakin o, videonu yayımlayarkən aktrisanın rus dilini biləcəyini hesaba qatmayıb.

Nəsrin videonu izlədikdən sonra blogerə videomüraciətlə cavab verib:

“Mən səni “axmaq” adlandırmayacağam. Çünki bu, heç də etik deyil. Əvəzində sənə mənim barəmdə necə formada, gözəl, güclü olduğumu və necə yaxşı geyindiyimi barədə danışmağı tövsiyə edirəm. Bu daha yaxşı olar. Diqqətinə görə təşəkkür edirəm ki, bu qədər bölümü oturub bizi izləmisən”.

Bloger Nəsrinin rus dilini bilməsinə təəccübləndiyini bildirib və onun ünvanına səsləndirdiyi ifadələrə görə Nəsrindən üzr istəyib.

Qeyd edək ki, Nəsrin türk, rus, ingilis, fransız və ispan dillərini bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]