“Xaricdən söhbət gedə bilməz. Mən demişəm, Azərbaycanda müalicə olunacam"

12-08-2026, 07:34           
“Xaricdən söhbət gedə bilməz. Mən demişəm, Azərbaycanda müalicə olunacam"
Fuad Poladov ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də, heç bir şəxsdən və heç bir qurumdan kömək istəmədi. Son müsahibələrinin birində isə deyib: “Xaricdən söhbət gedə bilməz. Mən demişəm, Azərbaycanda müalicə olunacam".
Ölümü ərəfəsində həyat yoldaşı Gülüstan Poladovaya vəsiyyəti:
“Deyirdi, Azdramadan götürülməyimə yol vermə, evimdən, ancaq evimdən çıxar məni. Birdən gəlib saqqızını oğurlayarlar, birdən kiməsə əl açarsan, birdən nədəsə mən qoyduğum qaydanın əksinə gedərsən... Birdən kimsə nəsə verə bilər, yollayar, bax ha, deyirdi, Gülüstan, bax, məzarımda tərs dönərəm. Halal eləmərəm heç nəyi!”.
Qurban Yaquboğlu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]