Fizika İnstitutu 5 manatlıq şirkətə 50 minə yaxın pul ödəyir
21-11-2026, 11:24
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fizika İnstitutu” Publik Hüquqi Şəxsi laboratoriyalar üçün reaktivlərin satınalınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.
32gun.az-ın məlumatına görə, satınalmanın qalibi olan “İNK Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49 min 344 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, cəmi 5 manat nizamnamə kapitalına malik olan şirkət Sumqayıt şəhəri, Corat qəsəbəsi, 26-cı və 10-cu məhəllələr arası, ev 25, mənzil 63 ünvanında qeydiyyatdadır və qanuni təmsilçisi Məhəmmədəli Məmmədli Mahir oğludur.
Xatırladaq ki, Fizika İnstitutunun direktoru vəzifəsini fizika elmləri doktoru, professor Elçin Məmmədəli oğlu Hüseynov icra edir.