“Kontakt Home”dən şikayətlər bitmir - Kreditini ödəyən vətəndaş barəsində məhkəmə qərarı çıxarılıb?

20-11-2026, 09:18           
“Kontakt Home”dən şikayətlər bitmir -
“Kontakt Home” mağazalar şəbəkəsindən kreditlə məhsul aldığını bildirən vətəndaş ödəməni etməsinə baxmayaraq, barəsində məhkəmə qərarının olduğunu və axtarışa verildiyini iddia edir.

Plat.az xəbər verir ki, bu barədə Emin Babayev sosial şəbəkədə paylaşım edib.

Şikayətçi bildirib ki, şirkət əməkdaşlarının məsuliyyətsizliyi səbəbindən problemlə üzləşib.

“Kredit ödəndiyi halda adımda məhkəmə qərarı var, axtarış var! Niyə sizin əməkdaşa görə mən stress keçirtməliyəm?!” – deyə o bildirib.

Paylaşıma münasibət bildirən vətəndaşlar isə məsələnin icraya yönəldildiyini ehtimal edərək vətəndaşa ödənişi təsdiqləyən sənədi və ya “Kontakt Home”un istənilən filialından borcunun olmaması barədə arayış alaraq icra məmuruna təqdim etməyi tövsiyə edib.

“Kontakt Home” vətəndaşın şikayətinə sosial media üzərindən hələlik hər hansı bir cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]