Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı

19-11-2026, 16:24           
Təhsilə xərclənən milyardlar -
2025-ci ildə Azərbaycanda sosial-mədəni tədbirlərə 11 milyard manata qədər vəsait xərclənib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, ötən il dövlət büdcəsinin ümumi xərcləri 38 milyard 604.6 milyon manat təşkil edib. Bu məbləğ ümumi daxili məhsulun (ÜDM) 29.9 faizinə bərabər olub.

Hesabat dövründə sosial-mədəni tədbirlərə 10 milyard 976.1 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 4 milyard 619.5 milyon manatı təhsilin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ÜDM-in 3.6 faizinə bərabərdir.

Beləliklə, təhsil xərcləri sosial-mədəni tədbirlər üçün nəzərdə tutulan ümumi vəsaitin təxminən 42 faizini təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]