Azərbaycanda siqaret üçün gömrük rüsumları artırılır - Bahalaşma gözlənilir

17-11-2026, 10:58           
Azərbaycanda siqaret üçün gömrük rüsumları artırılır -
Tütün məmulatlarının bir sıra növlərinin idxalı üzrə gömrük tariflərinə dəyişiklik ediləcək.

TEREF Trend-ə istinadən xəbər verir ki, siqaret, siqar və siqarillaların müəyyən kateqoriyalarına 2030-cu ilin sonunadək 15 faizlik tarif tətbiq olunacaq, lakin rüsum hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmayacaq.

Belə ki, dəyişiklik tərkibində tütün olan siqarları, ucları kəsilmiş siqarları, siqarillaları və siqaretləri, eləcə də tütün əvəzedicilərindən hazırlanan bu məhsulların müəyyən növlərini əhatə edir.

Belə ki, müvafiq mal kodları üzrə tarif dərəcəsi sütununda mövcud olan hər 1000 ədəd üçün 0,5 ABŞ dolları məbləğindən sonra 2030-cu il dekabrın 31-dək 15 faizlik tarifin tətbiq edilməsi, lakin hər 1000 ədəd üçün məbləğin 3 ABŞ dollarından az olmaması şərti əlavə olunur.

Qərarın bu dəyişiklikləri nəzərdə tutan müddəaları sənədin dərc edildiyi 13 noyabr 2026-cı il tarixindən 90 gün sonra qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]