Terminallardan 500 manatdan artıq ödəniş edənlərin nəzərinə! - Yeni tələb

17-11-2026, 10:34           
Terminallardan 500 manatdan artıq ödəniş edənlərin nəzərinə! - Yeni tələb
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

Referans Media xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

Milliön terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya MyGov vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi Birbanktətbiqi üzərindən edilə bilər.

Təsdiq prosesi necə işləyir?

Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.

Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.

Seçiminizi etdikdən dərhal sonra terminalda QR kod əks olunacaq.

Telefonunuzda müvafiq tətbiqi açın və QR kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.

Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]