Azərbaycanda adam başına düşən orta gəlirin Almaniyanın hazırkı səviyyəsinə çatması 176 il çəkər.
16-11-2026, 15:08
Mən nə zaman iqtisadiyyatdan yazsam, bizimkilər tez sevinirlər: "Aaa, Avropa dağılır, Amerika dağılır!" Qərbin çox güclü institutları, fabrikləri, laboratoriyaları, texnologiyaları və özünü təmin edə biləcək kənd təsərrüfatı var. Əvvəlki qızıl dövrlərini itirə bilər amma iqtisadi sisteminin çökməsi üçün 100 il lazımdır. Bir hesablama aparmışam. Azərbaycan iqtisadiyyatının illik artımı hazırda 1,2%-dir. Neft azaldıqca bu göstərici aşağı düşür. Amma optimist yanaşıb, artımın düşməyəcəyini fərz edək. Tutaq ki, Almaniya iqtisadiyyatı 0% artımla yerində donub. Bu halda Azərbaycanda adam başına düşən orta gəlirin Almaniyanın hazırkı səviyyəsinə çatması 176 il çəkər. Maraq üçün Özbəkistana baxdım, eyni şərtlərlə indiki sürətini qorusa 35 ilə Almaniyaya çatar. Orxan Atabəy