Şəkidə qaz çəkilişi yarımçıq qaldı, sakinlər çətin vəziyyətə düşdülər - VİDEO

16-11-2026, 10:44           
Şəkidə qaz çəkilişi yarımçıq qaldı, sakinlər çətin vəziyyətə düşdülər - VİDEO
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Şəkinin Şin kəndində indiyədək təbii qaz olmayıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ötən il kənddə qaz xəttinin çəkilişinə başlanılsa da, işlər tamamlanmayıb.


Sakinlər əvvəlki illərlə müqayisədə bu il odun əldə etməyin də çətinləşdiyini bildirirlər.

"Odun yoxdur. Biz necə edək? Camaat soyuqdan qırılır", - sakinlərdən biri deyib.

"15-16 dərəcə şaxta olur. Evdə isti paltarla yatırıq, isti paltarla da oyanırıq. Axırımız necə olacaq? Bizə bir çarə qılsınlar. Xahiş edirəm, hökumət bir tədbir görsün ki, bu vəziyyətdən çıxa bilək", - başqa bir sakin bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]