Milyonluq mülkləri ilə gündəm olan Qəzənfər Abdullayev işdən çıxarıldı

13-11-2026, 12:51           
Milyonluq mülkləri ilə gündəm olan Qəzənfər Abdullayev işdən çıxarıldı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər İsmayıl oğlu Abdullayev vəzifəsindən azad edilib.

Demokrat.az Unikal-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, Q.Abdullayev 28 sentyabr 2023-cü ildə AHİK-in sədr müavini seçilmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Qəzənfər Abdullayevin mülkləri ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bundan sonra o, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]