Mayor rütbəsindən 10 ay sonra general olan gömrükçü - DOSYE

11-11-2026, 00:03           
Mayor rütbəsindən 10 ay sonra general olan gömrükçü - DOSYE
Azərbaycanda gənc yaşda ali rütbə alan bir neçə vəzifəli şəxs var. Onlardan biri də general-mayor Fuad Elxan oğlu Məmmədovdur.

Lent.az "Bioqrafiya" rubrikası çərçivəsində general-mayor F. Məmmədov haqqında məlumatları təqdim edir:

Fuad Məmmədov nə vaxt və harada doğulub?

- Fuad Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.

Fuad Məmmədov harada təhsil alıb?

- Fuad Məmmədov 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin universitetdə Gömrük işi ixtisası üzrə magistr təhsili alıb. Bundan əlavə, 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini alıb.

Fuad Məmmədov hərbi xidmətdə olub?

- 2012-2013-cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.

Fuad Məmmədovu ilk vəzifəsi nə olub?

- 2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib.

Fuad Məmmədov pedaqoji fəaliyyəti var?

- Fuad Məmmədov2016-2018-ci illərdə - Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib. Həmçinin 2017-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris edib.

Fuad Məmmədov Gömrük Komitəsində hansı vəzifələrdə çalışıb?

- Fuad Məmmədov2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib. 2022-2023-cü illərdə həmin şöbənin rəisi olub. 2023-2024-cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.

Fuad Məmmədov nəvaxt gömrük attaşesi təyin olunub?

- Fuad Məmmədov2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib.

Fuad Məmmədov nə vaxt Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib?

- Fuad MəmmədovAzərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Fuad Məmmədov nə vaxt general rütbəsi alıb?

- Fuad Məmmədov sədr müavini təyin olunanda mayor rütbəsində olub, 2 ay sonra polkovnik rütbəsi alıb. 2026-cı il yanvarın 29-da isə ona gömrük general-mayoru ali xüsusi rütbəsi verilib.

General-mayor Fuad Məmmədov hansı dilləri bilir?

- Rus və ingilis dillərini sərbəst bilir. Ailəlidir, 1 övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]