Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video

10-11-2026, 17:44           
Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video
İllərdir fəaliyyət göstərməyən peşə liseyinin binası sökülərək yerində yaşayış kompleksi inşa ediləcək. Bu iddia ilə Sumqayıtda yerləşən keçmiş 35 saylı peşə məktəbinin binasında məskunlaşan sakinlər müraciət ediblər.

TEREF "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, istismar müddəti başa çatan binada 2011-ci ildən dörd ailə yaşayır. Onlardan ikisinin məcburi köçkün olduğu bildirilir.


Binanın söküləcəyi ilə bağlı sakinlərə məlumat verilsə də, köçürülmə, yaşayış yeri ilə təminat və digər məsələlərin hansı prosedurla həyata keçiriləcəyi barədə onlara heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə yaşayış binasının tikintisi nəzərdə tutulmayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə bildirilib ki, ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi, müasir standartlara cavab verən və müasir infrastruktura malik yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]