Vasif Talıbovun oğlu AÇIQLAMA YAYDI - "O mən deyiləm" + FOTO

10-11-2026, 07:44           
Vasif Talıbovun oğlu AÇIQLAMA YAYDI - "O mən deyiləm" + FOTO
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov açıqlama yayıb.

SAVASHMEDİA.az xəbər verir ki,Rza Talıbov açıqlamasında adına saxta tiktok hesabı açıldığını bildirib.

"Diqqətinizə çatdırmaq istəyirəm ki, TikTok sosial şəbəkəsində @talibov_010_85 adı ilə fəaliyyət göstərən səhifə mənim icazəm və razılığım olmadan açılmış saxta (fake) profildir. Xahiş edirəm, bu məlumatı nəzərə alasınız və həmin səhifəyə etibar etməyəsiniz.Diqqətiniz və anlayışınız üçün təşəkkür edirəm!", - Rza Talıbov bildirib.

Qeyd edək ki,Rza Talıbov V.Talıbovun böyük oğludur.O Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]