“4 QANUN LƏĞV OLUNACAQ...” - Nazir AÇIQLADI

Dünən, 12:24           
“4 QANUN LƏĞV OLUNACAQ...” -
“Aqrar sahə haqqında” yeni Qanun qəbul edildikdən sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunacaq”.

“AzPolitika” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və baza qanunla əlaqələndirilir. Qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər kimi tətbiqi aktlar hazırlanacaq. Bu model Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dəstəyin hədəflənməsi və istehsalçıların vahid qeydiyyatı prinsiplərinə əsaslanır.

Hesab edirik ki, layihənin qəbulu dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək, resurslardan səmərəli istifadəni təmin edəcək”, - nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]